Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

MOSKVA VƏ ANKARA QAFQAZDA DA ORTAQLIQ QURA BİLƏCƏKLƏRMİ? –Türkiyənin Qarabağ danışıqlarına cəlbi qaçılmaz reallığa çevrilir - TƏHLİL

 

Çətinər Çətin

“Habertürk”, Türkiyə, 12 oktyabr 2020-ci il

 

Yenixeber.org: Qafqazın cənubundakı Dağlıq Qarabağ bölgəsində 1990-cı illərdə Azərbaycanla Ermənistan arasında başlayan münaqişə Qərb tərəfindən, demək olar ki, unudulmuşdu. Bu iki ölkənin daimi düşmənçiliyi yekunda yeni bir müharibəyə çevrildi.

Aralarında Türkiyənin də yer aldığı geopolitik oyunçular bölgədə gedən prosesə indidən daxil olmuş durumdadırlar.

Soyuq müharibədən sonra ABŞ-ın siyasi xəttini müəyyən edənlərdən biri olan Zbiqnev Bzejinskinin “Böyük şahmat taxtası” kitabında Azərbaycanı necə təsvir etdiyinə baxmaq yetərlidir. Bzejinski deyir: “Azərbaycan, içində Xəzər hövzəsi və Orta Asiyanın zənginlikləri olan butulkanın həyati vacib əhəmiyyətli tıxacı sayıla bilər”.

ATƏT tərəfindən yaradılan “Minsk qrupu” çərçivəsində Rusiya, ABŞ və Fransanın vasitəçilik etdiyi münaqişədə 1994-cü ildən, tam 26 ildən bu yana kövrək atəşkəs davam edirdi. Dövri olaraq düşmənçiliklərin təkrarlandığı bu günlərdə atəşkəs yenidən pozuldu. Hazırda bölgədə ATƏT-in müşahidəçisi yoxdur. ATƏT-in yalnız qonşu Gürcüstanda bir müşahidəçisi mövcuddur. Prosesi yalnız bir müşahidəçi ilə “ciddiyə alan” ATƏT-in məsələyə baxışı ortadadır…

27 sentyabrda yenidən başlayan savaş təhlükəlidir, çünki eyni vaxtda silahlanma, daxili siyasət və geopolitika ilə bağlı 3 müxtəlif tərəfi vardır.

Ötən həftələrdə yaşanan gərginlik nəticəsində iyul ayında kiçik miqyaslı toqquşmalar baş verdi. Ermənistanın bölgədə haqq iddia etməyə davam etməsi və müzakirələrdə heç bir irəliləmə qeyd olunmaması, təbii olaraq, gərginliyi daha da artırdı.

Ermənistan Baş naziri Nikol Paşinyan bu həftənin əvvəlində “Bild” qəzetinə verdiyi müsahibəsində söylədi ki, “Türkiyə, 100 illlik fasilədən sonra bölgəyə 1915-ci ildə Türkiyədə reallaşan erməni soyqırımını davam etdirmək üçün dönmüşdür”.

Paşinyan israrla Türkiyəni bu savaşın içində göstərməyə çalışır.

Əslində, Ankara bu savaşda bir qardaş dövlət olaraq Azərbaycanı dəstəkləyir və təxribatları səbəbilə Ermənistanı qınayır. Prezident Ərdoğan“Türkiyənin daima Azərbaycanın yanında olduğunu” söylədi. Bu da başda Silahlı Pilotsuz Uçan Aparatlar (SPUA) olmaqla, hərbi sahədə məsləhətçilik anlamına gəlir. Türk ordusu bu SPUA-lar sayəsində Liviyadakı vətəndaş müharibəsində müəyyənedici bir təsirə sahib oldu.

Lakin Türkiyə ilə Azərbaycanı bir araya gətirən səbəblərdən biri də geopolitik amildirBu çərçivədə, son zamanlarda bölgədə inanılmaz ittifaqlar quruldu. Doğrusu, son illərdə Azərbaycanın silahlanmasında türk hərbi dəstəyindən daha önəmli olan ünsür İsraildən gələn silah təchizatı idi. Azərbaycanın silah idxalında İsrailin payı 60%-dir. İsrailin bir müddətdir gərgin münasibətlərdə olduğu Türkiyə tərəfindən də dəstəklənən, əhalisi şiə olan dünyəvi bir dövlətə silah satması Qafqazdakı durumun nə qədər qarma-qarışıq olduğunu göstərir.

Şiə dövləti olan İran da bu duruma böyük bir şübhə ilə baxır“Haaretz” qəzeti İsrailin bu addımı atmasına səbəb kimi Təl-Əvivin İrana yönəlik kəşfiyyat fəaliyyəti üçün Azərbaycanı arxa qapı olaraq açıq tutmaq istəməsini göstərmişdir. Ayrıca, İsrail Azərbaycandan neft alır. Neft qarşılığında silah verilməsi təcrübədən çıxarılmış bir modeldir.

Durum belə olunca, Cənubi Qafqazda İsrail, İran, Türkiyə və Rusiyanın maraqları toqquşur.

Orta Şərqdə sürətli üsyanların baş verdiyi və iqtidarların dəyişdiyi bir dövrdə Moskva ilə Ankara strateji ortaqlıq yaratdılar. Buna baxmayaraq, çox vaxt bir-birilə rəqabət aparırlar. Bu, yaxın zamanlarda Şimali Suriya və Liviyada göründü, indi də Qafqazda görünməkdədir.

Lakin Rusiya Qafqazda qeyri-adi rol oynayır. Belə ki, Putin Orta Şərq və Ukraynada öz təsir zonasını qorumaq və ya genişləndirmək üçün bilərəkdən münaqişələri körüklədiyi halda, Qafqazda durum fərqlidir.

Moskva bu bölgədəki ixtilafın təhrik gücünün fərqindədir. Bu səbəblə, Putin təmkinli davranır. İxtilafı nəzarətdə saxlayır. Başqa cür hərəkət edə bilməz. Çünki Rusiyanın Ermənistanda, ən azı, 3500 hərbçisi və iki hərbi bazası var. Ayrıca, bu ölkə ilə hərbi ittifaqdadır. Moskva eyni zamanda Azərbaycana da silah satır. Rusiya Ermənistanı özünə sıx şəkildə bağlasa da, xammal zəngini olan Azərbaycanı da itirməməyə çalışır.

Putin 2018-ci ildə bir inqilabla hakimiyyətə gələn, Qərb tərəfdarı olan və xalqına demokratiya gətirəcəyini vəd edən Ermənistan baş naziri Nikol Paşinyanla məsafəli münasibət saxlayır. Hətta “onun getməsini istəyir” desək, yanlış olmaz.

Rusiya Qərblə yaxınlaşan, ABŞ, Türkiyə və İsraillə yüksək səviyyədə münasibətlər quran Əliyevə də çox isti yanaşmır.

Hələlik görünən odur ki, Putin və qurd siyasətçi Lavrov tərəflər arasında atəşkəs elan edilməsi rolunu öz üzərlərinə götürmüşlər. Lakin “atəşkəs”in pozulması ən çox Moskvanın işinə gəlir. Çünki Rusiya bu bölgədəki xaosu əsas göstərərək, yenidən bölgəyə yerləşə bilər və ya xaosu dərinləşdirərək, bölgədə Qarabağın müstəqilliyinin elan olunmasına zəmin hazırlaya bilər.

Hər şeydən öncə, bu bölgənin başlıca enerji marşurutlarının kəsişdiyi Cənub Qafqazın qəlbində yerləşməsi onu önəmli mərkəz halına gətirir.

Avropa və Azərbaycanın gündəliyi isə Qarabağ bölgəsində italyanların “Trentino-Alto Adige”, avstriyalıların isə “Südtirol” adlandırdığı və Cənubi Tirol bölgəsində tətbiq olunan bir modelin həyata keçirilməsi üçün zəmin hazırlanması yönündədir. Ancaq hələlik bu modelin necə tətbiq ediləcəyinə dair hazırlıqların görülüdüyü haqqında söhbət gedir.

Amerikanın geri çəkilməsinin və Avropanın yaşadığı parçalanmanın Türkiyəyə yol açdığı bu coğrafiyada Ankara tarixi bağlarından aldığı güclə prosesdə rol almaq istəyir.

Keçmişdə belə bir ixtilaf olduqda blok məntiqi ilə, ya da ABŞ-ın üstünlüyü ilə əngəllənirdi. Bu gün heç kimin mütləq nəzarəti təmin edə bilmədiyi bir halda, bu ixtilaf vəkalət savaşı halına gəlmə riski ilə qarşı-qarşıyadır. Çünki meydanda PKK-çılar və diasporadan gətirilən əli silah tutan qruplar, yəni, nə desən vardır.

ABŞ-ın daxili gündəliyi ilə bağlı olaraq yaranan güc boşluğu Rusiyaya daha çox meydan açır. Lakin 9 oktyabr gecəsi Moskvada atəşkəslə bağlı aparılan və saatlarla davam edən görüşdən sonra Qafqazın “böyük qardaş”ı olan Putinin niyyətinin nə olduğu elə də çox anlaşılmadı. Bu anadək prosesin içində aktiv görünən Türkiyənin Qafqaz probleminin həllində kənarda qalması bölgəyə real bir həll gətirməyəcəkdir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam