Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

ABŞ hərbçisi rus casusu çıxdı-Xüsusi təyinatlıları döyüşə hazırlayırdı

 


                 

                  Onun Azərbaycanda məxfi missiyada olduğu aşkara çıxıb

Yenixeber.org: ABŞ hüquq-mühafizə orqanları bu günlərdə Rusiya hərbi kəşfiyyatına ən məxfi informasiyaları ötürən, hazırda istefada olan xüsusi təyinatlı vəzifələrdə yer alan bir hərbi qulluqçunu həbs edib.

Xarici agentliklər xəbər verir ki, ABŞ Ədliyyə nazirliyi Silahlı qüvvələrin “yaşıl beretlilər” adlandırılan xüsusi təyinatlı bölməsində qulluq edən 45 yaşlı Piter Rafael Dzibinski Debbinsin saxlanıldığı barədə rəsmi məlumat yayıb.

İstintaqın təsbitinə görə, o, 1996-cı ilin dekabrından 2011-ci ilin yanvarına qədər Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə olub.

Piter Debbinsinn anası vaxtilə SSRİ-də anadan olub. Buna görə onun Rusiyaya tez-tez səyahət etdiyi bildirilir. Bu səfərlərdən birində o, Çelyabinskdə tanış olduğu rus qızı ilə evlənib. Həmin qızın atası isə Rusiya ordusunun zabiti imiş.

1997-ci ildə P.Debbins Rusiyaya xidmət etməyə hazır olduğunu bildirən bəyaannamə yazıb. Rusiya kəşfiyyatı ona “İkar Lesnikov” kod adı verib.

1998-ci ildən isə amerikalı casus ABŞ ordusunda qulluq etməyə başlayıb. O, əvvəlcə kimyəvi müdafiə, daha sonra isə Rusiyadan aldığı təlimatla xüsusi təyinatlılara keçib. Piter Debbins rus dilini əla bildiyi üçün onu İraq və Əfqanıstana deyil, Gürcüstan və Azərbaycana göndəriblər. Onun burada sirri açıqlanmayan bəzi məxfi missiyalarda iştirak etdiyi deyilir.

Piter Debbins öncə “məxfi”, daha sonra isə “tam məxfi” qrifli informasiyalara çıxış əldə etdiyi üçün onu Rusiya baş Kəşfiyyat idarəsinə ötürə bilib. Burada ABŞ-ın elitar hərbi hissələri, burada qulluq edən hərbi qulluqçular haqqında müfəssəl məlumatlar yer alıb.

“The Guardian” qəzetinin xəbərinə görə, Piter Debbins 2005-2010-cu illərdə ABŞ-ın Minnesota ştatına Ukraynanın peyk və nəqliyyat şirkəti üçün çalışıb.

Bundan sonra o, Vaşinqtonda müdafiə və kəfşiyyat sahəsində bir sıra podratçılar üçün lobbiçilik işinə girişib. Hətta ABŞ-ın milli təhlükəsizlik məktəbinin tərkib hissəsinə daxil olan Dünya siyasəti institutunda ixtisaslaşma keçib. İnstutun saytında P.Debbins kiberkəşfiyyat və hibrüd müharibənin aparılması üzrə mütəxəssis kimi təqdim olunur.

Ukraynanın “Obozrevatel” saytının xəbərinə əsasən, Piter Debbins Kiyevdə yerləşən “Konkordia” ABŞ-Ukrayna universitetində “Müəssisələrin kibertəhlükəsizliklərinin əsasları” mövzuzunda dərs də keçib.

Piter Debbinsin Rusiyada ABŞ kəşfiyyatına çalışan gizli agent tərəfidən ələ verildiyi gələn xəbərlər arasındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam