Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nazirlikdəki erməni polkovnik

 

      Müdafiə Nazirliyindən erməni piolkovniklə bağlı açıqlama veriblər. 
  "Xeberinfo.com": Nazirlikdən  bildiriblər ki, elektron kütləvi informasiya vasitələri bəzi mənbələrə istinadən Silahlı Qüvvələrdə erməni əsilli hərbi qulluqçunun xidmət etməsi barədə növbəti dəfə yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayıblar. 
“KİV-də adı hallanan ehtiyatda olan polkovnik Qafarov Seyran Nuri oğlu 09.01.2009-cu il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə uyğun olaraq yaşa görə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb və Silahlı Qüvvələrin heç bir qurumunda nə hərbçi, nə də mülki işçi kimi qulluq etmir”.
Qeyd edək ki, Doktrina Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə istinadən Müdafiə Nazirliyində xidmət edən polkovnik Seyran Qafarovla bağlı məlumatları təqdim edir. Mərkəz bununla bağlı 2004-cü ilin mətbuatını araşdırıb. 
“Doktrina” JHAM İnformasiya Departamentindən əldə etdiyimiz məlumata görə, Polkovnik Seyran Qafarovun hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət etdiyi bildirilir. Atası milliyətcə azərbaycanlı Qafarov Nuru Bəkir oğlu 1924-cü ildə Şəkidə anadan olub. 1991-ci ildə vəfat edib və Şəkidə dəfn olunub.
Anası milliyyətcə erməni Qafarova – Melkumova Şuşanik Gerasimovna 1925-ci ildə Şəkidə anadan olub, 1999-cu ildə Şəkidə vəfat edib və qəbri də oradadır.
Həyat yoldaşı Qafarova – Abbasova Şərqiyyə Nəsrəddin qızı Gəncədə doğulub. Həyat yoldaşının atası Nəsrəddin kişi gəncəlidir. Anası isə Göyçayda doğulub.
Polkovnik Qafarov Bakı Ali Birləşmiş Komandirlər məktəbini bitirib. Moskvada SSRİ Silahlı Qüvvələrində xidmət edib. Frunze adına Hərbi Akademiyanı bitirib. 1990-cı ildə polkovnik rütbəsini alıb. Rusiya Silahlı Qüvvələrinin Zaqafqaziyada olan qoşunlar qrupu qərargahının əməliyyat idarəsi idarəetmə məntəqələri şöbəsinin rəisi vəzifəsində xidmət edib. 1998-ci ildə Rusiya SQ-dan tərxis olunub. 2000-ci ilin yanvar ayında Şəki hərbi komissarlığı tərəfindən Azərbaycan SQ-də xidmət etmək üçün həqiqi hərbi xidmətə çağırılıb. 2000-ci ilin dekabr ayının 7-dən 2001-ci ilin may ayının 5-dək SQ Baş İnspeksiyasının ümumqoşun şöbəsinin rəisi – müfəttiş vəzifəsinə təyin olunub. 2001-ci ilin may ayının 5-dən 2002-ci ilin may ayının 15-dək SQ-nin Baş İnspeksiyasının baş müfəttişi vəzifəsində xidmət edib. 2002-ci il mayın 15-dən 2011-ci ilə qədər Müdafiə Nazirliyinin Hərbi Elm Mərkəzinin hərbi-texniki şöbəsinin rəisi vəzifəsində xidmət edib.
    Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət etdiyi bildirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam