Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa İttifaqı tarixində ən dərin iqtisadi böhrana qədəm qoyub- ÜDM 7,4 faiz azalacaq

Avropa İttifaqı koronavirus pandemiyası səbəbindən 2020-ci ildə ən ciddi iqtisadi enişlə üzləşəcək.

Yenixeber.org: Bu barədə iqtisadiyyat üzrə Avropa komissarı Paolo Centiloni mətbuat konfransında deyib. “İndi Avropa İttifaqının tarixində ən dərin iqtisadin böhrana daxil olduğu aydındır”, – deyə Paolo Centiloni bildirib. Onun sözlərinə görə, Avropa İttifaqında ümumdaxili məhsulun real həcminin 7,4 faiz, onun iqtisadi nüvəsi olan avrozonada isə 7,7 faiz azalacağı proqnozlaşdırılır.

Avropa Komissiyasının bahar iqtisadi proqnozuna əsasən, Avropa İttifaqının heç bir ölkəsi cari ildə iqtisadi artıma nail ola bilməyəcək. Ümumdaxili məhsulun real həcmində ən zəif eniş Polşada, ən ciddi eniş isə Yunanıstanda gözlənilir (müvafiq olaraq 4,3 faiz və 9,7 faiz).

Pandemiya fonunda bütün dünyada olduğu kimi, Avropa İttifaqında da sosial-iqtisadi sahədə miqyaslı qadağalar tətbiq edilib. Bəzi ölkələrdə ticarətə, restoran və otellərin fəaliyyətinə qadağa qoyulub, sərhədlər bağlanıb, aviasiya və yerüstü əlaqə məhdudlaşdırılıb. İttifaqın iqtisadiyyatı bu vəziyyətdən ciddi zərər çəkib.

Hazırda Avropa İttifaqının bəzi ölkələri məhdudiyyətləri tədricən yüngülləşdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam