Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Azərbaycanla Rusiya arasında- innovasiyalarla bağlı yol xəritəsi hazırlanır

Ötən il Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri əsas istiqamətlərin hamısında davamlı inkişaf edib.

Yenixeber.org: Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 2019-cu ildə fəaliyyətinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında verilən suala cavabda bildirilib.

Rusiya XİN-in rəsmi saytında yerləşdirilən cavaba görə, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında “açıq və etimadlı dialoq” da xeyli dərəcədə təkan verib: “2019-cu ildə liderlər arasında üç görüş keçirilib: 26 aprel tarixində Pekində “Kəmər və Yol” forumunda, 3 oktyabr tarixində “Valday forumu”nda, 20 dekabr tarixində Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi zirvə görüşündə. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri baş tutub. (2019-cu ilin 20-25 noyabr tarixləri). Hökumət və parlament səviyyəsində də təmaslar geniş inkişaf edib”.

Rusiyanın Azərbaycan üçün başlıca ticarət tərəfdaşlarından biri olduğu qeyd edilən məlumata görə, ötən ilin yanvar – oktyabr aylarında ikitərəfli ticarət dövriyyəsinin 2,5 milyard ABŞ dolları, yəni əvvəlki ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olduğu göstərilir.

“Rusiya-Azərbaycan strateji tərəfdaşlığının keyfiyyətcə yeni səviyyəyə çıxmasına yönələn 5 yol xəritəsi uğurla həyata keçirilir. Həmçinin innovasiyaların inkişafı və rəqəmsal iqtisadiyyat sahəsindəki əməkdaşlığa dair əlavə yol xəritəsinin hazırlanmasına aidiyyəti qurumlar tərəfindən başlanılıb. Hazırda Azərbaycanda 950 birgə müəssisə fəaliyyət göstərir. Rusiyanın Azərbaycandakı sərmayələri 4,5 milyard dollar, Azərbaycanın da Rusiyadakı sərmayələri 1,5 milyard dollar təşkil edir. Bakı ilə beynəlxalq platformlarda da səmərəli əməkdaşlığımız var”, - Rusiya XİN-in açıqlamasında bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam