Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan və Rusiya arasında- yeni birgə müəssisələrin işə salınmasının vaxtı açıqlanıb

Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın növbəti iclası dekabrın 9-da Bakıda keçiriləcək.

Yenixeber.org: Bu barədə Baş nazirin müavini Şahin Mustafayev “Vesti Kavkaza”ya bildirib.

“Komissiyanın iclası çərçivəsində Pirallahı Sənaye Parkında “P-Farm” əczaçılıq müəssisəsinin açılışı keçiriləcək. Bütövlükdə 80 milyon dollar sərmayə yatırılacaq müəssisənin birinci mərhələsi artıq hazırdır. Ümidvaram tezliklə ikinci mərhələsinin də təməli qoyulacaq”, – deyən baş nazirin müavini yaxın vaxtlarda həmçinin Rusiya istehsalı “Mi” tipli helikopterləri üçün servis mərkəzinin də təməlinin atılacağını qeyd edib: “Bu mərkəz regional əhəmiyyətə malik olacaq”.

Komissiyanın iclası çərçivəsində həmçinin tikintisi başa çatmaq üzrə olan “QAZel” avtomobillərinin yığılma müəssisəsinə də baş çəkiləcəyi dəqqətə çatdırılıb.

“Azərbaycanda “KAMAZ” və “Ural” tipli yük avtomobillərinin müvəffəqiyyətlə yığıldığını xatırlatmaq istərdim. Regionlararası forum zamanı əməkdaşlıq sənədi, habelə Azərbaycanda “Rosselmaş” kombaynlarının “Azərmaş” şirkəti tərəfindən yığılmasına dair sənəd imzalanıb. Yəqin ki yaxın gələcəkdə Azərbaycanda Rusiya kombaynlarının istehsal olunduğunu görəcəyik”, – deyən Ş.Mustafayev ölkədə həmçinin Rusiyanın “Penopleks” şirkətinin izolyasiya materialları müəssisəsinin də təməlinin atılacağını qeyd edib.

“Eyni zamanda bu gün xüsusilə Şimali Qafqazda sərmayələrin sürətli artdığını görürük. Artıq bir neçə sanatoriya və mehmanxanalar Yesentukidə tikilib, Kislovodskidə və Jeleznovodskidə isə tikilir. Krasnodar diyarında çay fabriki tikilir. Mühüm infrastruktur layihəsi olan inşaat qatışıqları müəssisəsinin tikintisi nəzərdə tutulur. Beləliklə, Azərbaycanla Rusiya birgə layihələr baxımdan əlaqələr uğurla, qarşılıqlı faydalı şəkildə inkişaf edir”, – deyən hökumət rəsmisi polipropilen və aşağı təzyiqli polietilen istehsal olunduğu “SOCAR Polymer” müəssisəsinin tikintisinə böyük sərmayələr yatıran “Gazprombank”ın həmçinin “Azerkimya” İB-in modernləşdirilməsində də iştirak etdiyini xatırladıb.

Bütövlükdə Azərbaycan iqtisadiyyatında RF sərmayələrinin 5 milyard dollara çatdığı qeyd edən Ş.Mustafayev Azərbaycanın qonşu ölkədəki sərmayələrinin də ildən-ilə artaraq 1,2 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam