Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir:“Rusiya Azərbaycanın qeyri-neft məhsullarının idxalında birinci yeri tutur”

 

Bu gün Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaş səviyyəsindədir. İki ölkənin rəhbərləri iqtisadi və siyasi məsələrə böyük və xüsusi önəm verirlər.

 Yenixeber.org:  Bunu bu gün Azərbaycan və Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevın Bakıya səfəri zamanı təşkil edilən işgüzar görüşdə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi dinamik olaraq inkişaf edir: “Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşıdır. Azərbaycan regionda Rusiyanın əsas ticari tərəfdaşı hesab edilir. Rusiyanın regiondakı ticarətinin 50 faizi Azərbaycanın payına düşür. Eyni zamanda, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının idxalında birinci yeri tutur”.

Nazir bildirib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19% artıb və 2,5 mlrd ABŞ dollarını keçib: “Bu ilin 7 ayında isə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 23% artıb. Bu da olduqca böyük rəqəmlərdir. Azərbaycan və Rusiyanın Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsinin həcmi isə 2018-ci ildə 83% artıb və 100 milyon dollardan artıq olub”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam