Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Bu ilin yarım ilində - AÇG-nin əməliyyat və əsaslı məsrəfləri artıb

 

Bu ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə, təqribən, 272 mln dollardan artıq əməliyyat məsrəfləri xərclənib.

Yenixeber.org: Bu barədə yataqlar blokunun operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabata əsasən xəbər verir.

Məlumata görə, bu, 2018-ci ilin ilk yarısının göstəriciləri ilə müqayisədə 36 mln dollar və ya 15,2% çoxdur.

Bu ilin ilk yarısı yataqlar blokunun fəaliyyətlərinə, təqribən, 657 mln dollar əsaslı məsrəflər xərclənib ki, bu da 2018-ci ilin iki rübünün göstəriciləri ilə müqayisədə 105 mln dollar və ya 19% çoxdur.

Qeyd edək ki, AÇG-də iştirak paylarına BP (30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), “İnpex” (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%) malikdir.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam