Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu subyektlər vergiyə cəlb olunacaq

Qida məhsulları istehsal edən bütün subyektlər vergiyə cəlb olunacaq.

Yenixeber.org: Bu gün Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Nazirlikdən verilən məlumata görə, sənədi vergilər naziri Mikayıl Cabbarov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.

Anlaşma Memorandumu qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən işçilərin qanunvericiliyə uyğun işə cəlb edilməsi, qida məhsulları, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların istehsalı, emalı və dövriyyəsi sahəsində fəaliyyət göstərən subyektlər və onların obyektləri haqqında qarşılıqlı məlumat mübadiləsi ilə bağlı əməkdaşlığı müəyyən edir.

Memoranduma əsasən, tərəflər fəaliyyət istiqamətləri üzrə hüquq və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə, qarşılıqlı məlumat mübadiləsinin aparılması və qida məhsulları sahəsində fəaliyyət göstərən bütün subyektlərin vergiyə cəlb edilməsi üçün əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər. Eyni zamanda, birgə əməkdaşlıq çərçivəsində vergi uçotuna və dövlət qeydiyyatına alınması üçün müraciət edən, o cümlədən vergi uçotuna və dövlət qeydiyyatına alınmış qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması barədə məlumatlandırılması nəzərdə tutulur.

Memorandumda iki qurum arasında əməkdaşlıq formaları, tərəflərin üzərinə götürdüyü öhdəliklər öz əksini tapıb. Əməkdaşlıq çərçivəsində əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuş şəxslər, aksizsiz və ya saxta aksizli mallar, habelə məcburi nişanlama tələb edən, lakin nişanlanmamış malların satışının həyata keçirilməsi faktları aşkar edildikdə, həmin hallar barədə qarşılıqlı məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Tərəflər, həmçinin, sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə birgə tədbirlər həyata keçirəcək.

Anlaşma Memorandumunun imzalanması mərasimində bildirilib ki, qida məhsulları sektorunda birgə əməkdaşlıq vergi və qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılmasına xidmət edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam