Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çexiyalı nazir İlham Əliyevin qəbulunda - Yenilənib

    

Çexiyalı nazir İlham Əliyevin qəbulunda - Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenixeber.org: Çex Respublikasının Prezidenti Miloş Zemanın Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfərdən ötən dövr ərzində ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini dedi. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı ticarət dövriyyəsinin artdığını vurğuladı, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanların müəyyənləşdirilməsinin zəruriliyini bildirdi. 

İqtisadi tərəfdaşlığın geniş gündəliyə malik olduğunu, bir sıra Çex şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyevölkələrimiz arasında ticarət, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.

Başçılıq etdiyi nümayəndə heyətinə çexiyalı iş adamlarının daxil olduğunu deyən nazir xanım Marta Novakova bu gün Bakıda keçiriləcək Azərbaycan-Çexiya biznes forumunun əhəmiyyətini qeyd etdi və bu tədbirin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı sənaye, infrastruktur, avtomobil sənayesi, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam