Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Növbəti qiymət artımı sosial gərginliyə səbəb olacaq“

 

 

Vahid Əhmədov: ""Azərbaycanda kommunal xidmətlərin qiymətləri onsuzda kifayət qədər yüksəkdir. Əhali hətta ödənişlərdən imtina edə bilər". 
"xeberinfo.com": Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də benizin qiymətlərinin artması ilə bağlıdır.  Qeyd edək ki, aprelin 4-dən ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində Ai-95 markalı avtomobil benzini satışdan çıxarılıb. Əvəzində məntəqələrdə “Premium Avro-95” markalı benzinin satışına başlanılıb. Bu markalı benzinin 1 litrinin qiyməti 93 qəpiyə satılır. Aİ-95 markalı benzinin litriisə 80 qəpik idi.
Benzinin qiymətinin qalxmasından sonra isə artıq kommunal xidmət haqqlarının qalxması haqqında söz-söhbətlər dolaşmaqdadır. Benzinin qiymətinin qalxmasından sonra kommunal xidmətlərin qiymətlərinin artması əslində kasıb təbəqəyə ciddi zərbə olacaq. Nəzərə alsaq ki, hazırda maaşlarla qiymətlər arasında ciddi fərq yaranıb, o zaman kommunal xidmətlərin qiymətinin artması şəraitində insanların sosial vəziyyətinin acınacaqlı olması qaçınılmaz olacaq.
PIA.AZ-ın əməkdaşı bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovla danışıb.
Vahid Əhmədov hesab edir ki, kommunal xidmətlərin qiymətləri artasa, bu ölkədə gərginliyə səbəb ola bilər:
"Azərbaycanda kommunal xidmətlərin qiymətləri onsuzda kifayət qədər yüksəkdir. Növbəti qiymət artımı sosial gərginliyə səbəb olacaq. Əhali hətta ödənişlərdən imtina edə bilər. Düşünürəm ki, bu da əlavə problemlər yaradacaq. Ümumiyyətlə, yanacağın bahalaşması hər bir şeyə təsir edən amildir. Nə qədər desələr də ki, digər məhsullar bahalaşmayacaq, bu belə deyil. Qiymətlərin artması qaçınılmazdır. Bahalaşmalar olacaq və benzin qiyməti bütün sahələrə təsir edəcək". 
Bu il inflyasiyanın hansı səviyyədə ola biləcəyini dəyərləndirən barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov inflyasiyanın nəzərdə tutlduğundan artıq olacağını zənn edir:
Bu il inflyasiya keçən ilkindən zənnimcə biraz çox olacaq. Nə qədər olacağını hələ demək çətindir. Bir müddət sonra bu haqda müşahidə apardıqdan sonra fikr söyləmək olar".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam