Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“QIZIL QAYDA” – Çin ABŞ-ı ötüb keçə biləcəkmi?

 

Alam Q

 ABŞ-ın “Foregn Affairs” jurnalı 18 il (1987-2006) ABŞ “Federal rezerv sisteminin” rəhbəri vəzifəsində işləmiş iqtisadçı Alan Qrinspenin maraqlı məqaləsini dərc edib. “Qızıl qayda”adlanan məqalədə qızılın dünya maliyyə sistemindəki heç vaxt azalmayan əhəmiyyətindən bəhs olunur. Müəllif Çİnin 4 trilyon dollarlıq valyuta ehtiyyatını qızıla çevirmək istəyərsə, nə baş verər sualına da cavab tapmağa çalışıb.

"Xeberinfo.com"  AzPolitika.info-ya istinadən maraqlı məqalənin tərcüməsini təqdim edir.

“QIZIL QAYDA”

Əgər Çin müəyyən mənada bəlkə də böyük sayılmayacaq 4 trilyon dollarlıq valyuta ehtiyyatını qızıla çevirərsə, onda bu ölkənin milli pulu müasir beynəlxalq maliyyə sistemində gözlənilməz əhəmiyyət qazana bilər. Həmin valyuta ehtiyyatının bir hissəsini monetar qızıl alınmasına xərcləmək, qızıl ehtiyyatına görə dünya lideri olan ABŞ-ı bu mövqedən sıxışdırıb çıxarmaq cəhdi kimi də qiymətləndirilə bilər. Amma bu xeyli risk də daşıyır.

İki min ildən artıq müddət ərzində qızıl praktik olaraq ən qiymətli və aparıcı ödəmə vasitəsi olub və heç bir zaman da üçüncü tərəfin kredit təminatını tələb etməyib. Nə zamankı qızıl və ya qızıla olan əqdnamə ilə istiqrazlarla hesablama aparılması həyata keçirilirsə, bu vaxt sual yaranmır.

Əgər Mərkəzi Banklar daima yalnız dollar və ya digər fiyat valyutanı(kağız əskinaslar) qəbul etsəydilər, qızıl ehtiyatı toplamağa qətiyyən ehtiyac duymazdılar. Ancaq görürük ki, onların hamısı qızıl saxlayırlar və deməli bu fiyat pullar hələki universal ekvivalentə çevrilə bilməyib. Öz ehtiyatları barəsində “Beynəlxalq Valyuta Fondu”-nu məlumatlandıran dünyanın 30 inkişaf etmiş ölkəsinin yalnız dördünün qızıl ehtiyatı yoxdur. 31 dekabr 2013-cü il tarixinədək olan məlumata əsasən, inkişaf etmiş ölkələrin Mərkəzi Banklarının balansındakı qızılın bazar məbləğinə çevrilmə qiyməti 762 milyard dollar təşkil edir. Bu isə ümumi məcmui ehtiyyatın 10,3%-dir. Görkəmli Britaniya iqtisadçısı Con Meynard Keyns hesab edirdi ki, əgər qızıl “barbarlığın qalığı” olsaydı, dünyanın hər tərəfindəki Mərkəzi Banklar onu bu miqdarda toplamazdılar.

qizilSiyasətçilər dəfələrlə qızıl ehtiyyatının bir hissəsini satmağı təklif ediblər. Məsələn, 1976-cı ildə mən, “İqtisadi məsləhət şurasının” sədri kimi ABŞ maliyyə naziri Uilyam Saymon və “Federal rezerv sisteminin” idarə şurasının rəhbəri Artur Bernsin prezident Cerald Fordla, Saymonun ideyası olan 275 milyon unsiya (bir unsiya=28,34qram) qızılın satışından əldə olunacaq pulların, gəlirli malyyə aktivlərinə yatırılması məsələsinin müzakirəsində iştirak edirdim. Uilyam Saymon o zaman iqtisadçı Milton Fridmanın da baxışlarına uyğun olaraq, sübut etmək istəyirdi ki, artıq qızılın heç bir pul-kredit əhəmiyyəti qalmayıb. Berns isə onun əksini iddia edərək bildirirdi ki, qızıl iqtisadi və maliyyə böhranları dövründə dolların dayağı ola bilər. Həmin dövrdə tərəflər ümumi məxrəcə gəlmədiklərindən, prezident C.Ford hər şeyin olduğu kimi qalmasına qərar vermişdi. O vaxtdan indiyədək ABŞ-ın qızıl ehtiyatı dəyişməz qalaraq 261 milyon unsiya təşkil edir.

Mən bu məsələ ilə bir daha 1990-cı ildə “Federal rezerv sisteminin” başçısı olanda qarşılaşdım. Həmin zaman qızılın bir unsiyasının qiyməti 300 dollara qədər aşağı düşmüşdü. ”Böyük onluğun” Mərkəzi Bank rəhbərlərinin növbəti görüşlərinin biri Avropa ölkələrinin qızıl ehtiyyatlarının azaldılmasına həsr olunmuşdu. Görüşün iştirakçıları yaxşı anlayırdılar ki, əgər onlar necə gəldi qızılın satışına başlasalar, qızıl daha da ucuzlaşacaq. Bunu nəzərə alaraq, yekunda onlar kimin nə qədər və nə zaman qızıl satacaqları barəsində razılaşma əldə etdilər. O vaxt Vaşinqton bu prosesdə iştirakdan kənarda dayandı. Həmin razılaşma 2014-cü ildə yeniləndi və Avropanın Mərkəzi Bankları qızılın dünya valyuta ehtiyyatının mühüm parçası olması barəsində bəyanat da verdilər.

Ancaq Pekin heç vaxt qızıla qarşı ideoloji və ya hər hansı başqa bir problem yaşamayıb. 1980-ci ildən 2002-ci ilədək Çin hökumətinin ixtiyarında 13 milyon unsiya qızıl vardı. 2002-ci ildə Çin bu ehtiyyatı 19 milyon unsiyaya, 2009-cu ilin aprelində isə 34 milyon unsiyaya qədər yüksəldib. 2013-ilin sonunda Çin qızıl ehtiyyatına görə dünyada ABŞ (261 milyon unsiya), Almaniya(109 miyon unsiya), İtaliya (79 milyon unsiya) və Fransadan (78 milyon unsiya) sonra beşinci yerdə gedir.

pekinHal-hazırda Çinin hansı miqdarda qızıl toplamasına baxmayaraq, bu ən vacib məsələni, yəni azad və idarə olunmayan kapital bazarının avtoritar dövlət quruluşu ilə birlikdə necə mövcud olması probemini həll etmir. Den Syopinin ilk təşəbbüslərindən bu günə kimi Çin xeyli böyük yol keçib. Çin inanılması ilk baxışda güc olan bir məqsədə -Ümumi Daxili Məhsulun göstəricisinə görə ABŞ-la müqayisə olunacaq səviyyəyə kimi irəliləyib. Lakin son illərin nəhəng nailiyyətlərinin perespektivdə qorunub saxlanılması daha da çətinləşəcək. Beləliklə də, Çinin yaxın zamanlarda texnoloji baxımdan Amerikanı ötüb keçəcəyi, iqtisadi səbəbdən olmasa da, ən azından siyasi səbəblərdən az inandırıcı görünür. Siyasi konformizm (mövcud qaydalarla razılaşamaq və ona uyğunlaşma) mədəniyyəti qeyri-adi inkişafın önünü açmaq üçün çox az məkan saxlayır. Çünki innovasiyaların tətbiqi azad sözün məhdudlaşdırıldığı cəmiyyətdə xeyli çətinliklərlə üzləşir. Belə ki, birpartiyalı dövlətin siyasi məhdudiyyətləri ilə hakimiyyətin iqtisadi və maddi təminatın yüksəlişini tarazlaşdırmaq bacarığı hesabına Çin cəmiyyəti hələlik siyasi cəhətdən stabildir. Amma yaxın illərdə vəziyyət dəyişə bilər. Ona görə ki, Çin iqtisadiyyatının inkişaf tempi zəifləyir və onun rəqabət üstünlüyü isə azalır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam