Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranın “Şahdəniz -2”dəki payı bəlli oldu

 

 

     İranın neft nazirinin müavini Əli Macedi Tehranda İran ilə Azərbaycan arasında neft və qaz müzakirələrinin baş tutduğunu və görüşdə üç məsələ ilə bağlı danışıqlar aparıldığını deyib. 

    "Xeberinfo.com": Maide.az-ın İranın Etimad qəzetinə istinadən məlumatına görə, Ə.Macedi deyib ki, İranın “Niko Oil" şirkətinin “Şahdəniz-2” layihəsinin genişləndirilməsi layihəsində10 faizlik iştirak payı ilə bağlı iki ölkə arasında ilkin razılaşma əldə olunub. 

Onun sözlərinə görə, Tehranda İran İslam Respublikası ilə Azərbaycan arasındakı yeni neft və qaz müzakirələrində ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və Azərbaycanın bəzi neft və qaz rəsmiləri ilə müzakirələr həyata keçirilib.

Macedi deyib ki, danışıqlarda həmçinin razılaşdıq ki, Xəzər dənizində neft və qaz yataqlarının genişləndirilməsi üzrə əməkdaşlıqlar inkişaf etdirilsin. Bundan başqa iki ölkə arasında qaz ixracatının həcminin artırılması haqda danışıqlar apardıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam