Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

ARDNŞ-də 2014-cü ilin yekunlarına dair müşavirə keçirilib

 

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. 

"Xeberinfo.com":  SOCAR-a istinadən xəbərə görə, şirkətin idarə və müəssisə rəhbərlərinin də iştirak etdiyi müşavirəni Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev açaraq 2014-cü ildə Azərbaycanın neft-qaz sənayesinin qazandığı nəailiyyətlər, qlobal və regional əhəmiyyətli "Cənub Qaz Dəhlizi" çərçivəsində həyata keçirilən Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu (TANAP) qaz boru kəmərinin inşası və digər layihələrin gedişi haqqında məlumat verib. Onun sözlərinə görə, 2014-cü il dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, SOCAR üçün uğurlu keçib və əsas göstəricilər üzrə proqnozlara tam əməl olunub.

Şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, vitse-prezidentlər Süleyman Qasımov və Mikayıl İsmayılov ilin əsas istehsalat göstəriciləri və 2015-ci ildə planlaşdırılan əsas istiqamətlər haqqında məruzə ediblər.

SOCAR-ın ümumi aktivlərinin həcmi 2014-cü il 1 iyul tarixinə 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə artaraq 24,442 mlrd. manata çatıb. SOCAR 2014-cü ildə öz tarixində ilk dəfə olaraq büdcəyə rekord səviyyədə - 1,825 mlrd. manat həcmində ödəmələr (gəlir vergisi istisna olmaqla) edib.

Şirkətin prezidenti R.Abdullayev müşavirəyə yekun vuraraq 2015-ci ildə qarşıda duran məsələlərdən danışıb, idarə rəhbərlərinə konkret göstərişlər verib. Onun sözlərinə görə, yeni ildə SOCAR-ın həyata keçirəcəyi neft-qaz əməliyyatlarının başlıca məqsədi Azərbaycanın yanacaq-enerji balansına uyğun olaraq, neft məhsullarına və təbii qaza ölkədaxili tələbatın təmin olunmasından ibarətdir. Bu məqsədlə şirkətin bütün idarə və müəssisələrində xərclərin optimallaşdırılmasına nail olunmalıdır. 

R.Abdullayev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə müşavirə iştirakçılarını, eləcə də bütün neft-qaz və kimya sənayesi işçilərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Daha ətraflı:http://www.atvxeber.az/news/economy/10239-ardns-de-2014-cu-ilin-yekunlarina-dair-musavire
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam