Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Mərkəzi Bankın bu addımı inflyasiyanı cilovlamaqdır"


"Milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün bir qayda olaraq Mərkəzi Banklar uçot dərəcəsini qaldırır. Bu baxımdan Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 3%-dən 5%-ə qaldırması gözlənilən idi".

Xeberinfo.com:  Məlumata görə, bu sözləri tanınmış iqtisadçı Samir Əliyev deyib.

O bildirib ki, əslində, Mərkəzi Bankın bu qərarı bir qədər gecikib:

"Çünki MB-nin siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb. MB-nin bu addımı inflyasiyanı cilovlamaqdır və manat aktivlərinin gəlirliyini artırmaqdır. Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün MB yaxın dövrlədə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdıracaq.

Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvənliyi artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam