Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Avropa Mərkəzi Bankının qərarı dolları bahalaşdıracaq

eec53ca2-5b65-4d95-bb07-ed57316e05ba_292

 

“Bloomberg” agentliyinin 47 iqtisadçı arasında apardığı sorğunun nəticələrinə əsasən, Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draginin 2016-cı ildə ikinci dəfə monetar ekspansiya ilə bağlı qərar verəcəyi bildirilib.
Xeberinfo.com:  “Report” xəbər verir ki, ECB bu ilin mart ayında 3 faiz alətinin hər birində azalma edib. Bank marjinal borclanma faizini 0,25%-ə, uçot dərəcəsini 0%-ə, depozit faizlərini isə -0,4%-ə endirib. Buna baxmayaraq, avrozonada iqtisadi artım və inflyasiya müşahidə olunmayıb. Belə ki, mart ayında avrozonada inflyasiya 0%, son rüb ÜDM artımı isə 0,3% olub. ECB monetar ekspansiya vasitəsilə iqtisadi artımı sürətləndirməyə çalışsa da, qiymətli kağızların geri alınması yolu ilə iqtisadiyyata 1,1 trln. avro (1,24 trln. dollar) vəsaitin daxil edilməsi hələlik öz bəhrəsini verməyib.
“Bloomberg”in sorğusunun nəticələrinə əsasən, respondentlərin 61%-i ECB-nin sentyabrın 8-də keçirəcəyi iclasda monetar ekspansiya ilə bağlı qərar qəbul edəcəyi proqnozlaşdırılır. Respondentlər ECB-nin istiqrazları geri alaraq maliyyə bazarlarını nağd vəsaitlə təmin etməsindən çox depozit və marjinal borcvermə faizlərini 10 bənd azaldacağını ehtimal edirlər.
“Report”un analitik qrupu hesab edir ki, yeni monetar ekspanisya avronun dollarla müqayisədə zəifləməsinə səbəb ola bilər. Bundan başqa, iyunun 23-də Böyük Britaniyada Avropa İttifaqından ayrılmaq üçün (Brexit) referendumun keçirilməsi planlaşdırılır ki, bu hadisə ərəfəsində də avronun təzyiq altında olacağı ehtimal edilir. Məhz iyun ayında ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmaq ehtimalları analitiklər tərəfindən yüksək qiymətləndirilir. Bu üç səbəb dolların dünya bazarında möhkəmlənməsi üçün şərait yarada bilər. İlin ikinci yarısından etibarən USD/EUR məzənnəsinin 1,05-ə qədər azalması ehtimalı getdikcə güclənir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam