Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Gömrük sahəsində islahatlar gözlənilir"

“Məndə olan məlumata görə, Azərbaycanda gömrük sahəsində, eləcə də bütövlükdə srtuktur, institutsional,idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsi və sair bu kimi istiqamətlərdə islahatlar gözlənilir”.

Xeberinfo.com:   Məlumata görə, bunu deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli musavat.com-un gömrük sistemində yeni qaydaların tətbiqinə başlandığı, monopoliyaya və gətirilən mallara görə əlavə rüsumların alınmasına son qoyulması barədə yayılan məlumatları şərh edərkən bildirib.

Millət vəkilinin dediyinə görə, islahatlara start verilməsi zərurətdən doğur: "O ki qaldı gömrük məsələsinə, biz beynəlxalq standartlara cavab verən səviyyədə bir Gömrük Məcəlləsi qəbul etmişik. Qalır onu həmin səviyyədə də tətbiq etmək. Əlbəttə, bu sahədəki çatışmazlıqlar aradan qalxsa, gömrük və vergi sistemində paralel surətdə maksimum şəffaflıq təmin edilsə, bu islahatlar ölkəmizin inkişafına yalnız müsbət tərəfdən təsir göstərər, iqtisadi fəallıq yüksələr, xarici ticarətdə kiçik və orta biznesin rolu və töhfəsi artar, qiymətlər aşağı düşər, büdcəyə daxilolmalar artar və sair”.

Bu arada kütləvi ixtisarlara start verildiyi barədə yayılan xəbərlərə münasibət bildirən deputat deyib ki, kütləvi ixtisarlar böhranlı durumdan çıxmaq üçün çıxış yolu sayıla bilməz: "Yaranmış böhrandan nisbətən az itki ilə çıxmaqdan ötrü təkcə bir neçə qurumu ləğv etmək, birləşdirmək, işçilərin sayı baxımından izisarlar aparmaq nə qədər zəruri olsa da, artıq yetərli deyil. Xüsusən də ixtisarlar mexaniki surətdə, arxası olan işbacarmazlar yerində qalıb, işbilənlər çıxarıldıqda, ziyanı xeyrindən çox olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam