Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mərkəzi Bankdan “Naxçıvanbank”la bağlı açıqlama

 

Xarici valyutada verilmiş kreditlərin həcmi 2 mlrd. dollar təşkil edir.

Xeberinfo.com:   Mətbuatda gedən informasiyaya əsasən “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının 25 dekabr 2015-ci il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-yə 21 dekabr 2015-ci il tarixə ABŞ dolları ilə borcu olan fiziki şəxslərin əsas və faiz borclarının alınması 1,05 AZN/USD məzənnəsinə uyğun olaraq aparılacağı bildirilib.

Kiçik bank olan “Naxçıvanbank” ASC üzrə xarici valyutada kredit portfeli cəmi 934 min ABŞ dollardır və 370 nəfəri əhatə edir.

Kreditlərin 1,05 AZN/USD məzənnəsi ilə qaytarılması nəticəsində yaranacaq 420 min manat zərər böyük vəsait olmadığı üçün “Naxçıvanbank” ASC tərəfindən öz vəsaitləri hesabına qarşılanacağı mümkün görünür.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumatda bildirilir.

Bildirilib ki, ölkə miqyasında isə kredit təşkilatları tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərin həcmi 2 mlrd. dollar təşkil edir.

“Lakin bir sıra kütləvi informasiya vasitələrində eyni addımın bankların vəsaitləri hesabına ölkə miqyasında da atılması üzrə populist çağırışlar bankların maliyyə vəziyyətini pisləşdirə və ilk növbədə əhalinin əmanətləri üçün təhlükə yaradardı”, - deyə AMB-nin açıqlamasında bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam