Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Almaniya biznesi radikal sağı iqtisadiyyat üçün təhdid -SAYIR

 

Alman biznesi radikal ultra-sağ Almaniya üçün Alternativ Partiyasını (AfD) iqtisadiyyat üçün ciddi risk hesab edir.

Yenixeber.org: Almaniya üçün Alternativ Partiyasının biznes üçün nəzərdə tutulan iqtisadi proqramına, biznes üçün vergilərin azaldılması, bazar elementlərinin gücləndirilməsi və sosial proqramlara xərclərin məhdudlaşdırılmasına baxmayaraq, Almaniya işgüzar dairələri bununla məşğul olmaq istəmirlər.

Üstəlik, onun artan populyarlığını ölkə iqtisadiyyatı üçün ciddi risk kimi görürlər. Bu qənaətə Berlin Sosial Tədqiqatlar Elmi Mərkəzində Almaniyanın aparıcı biznes assosiasiyalarının baş direktorları ilə müsahibədən sonra gəliblər.

Tədqiqatın müəllifləri AfD siyasətinin üç əsas məqsədini müəyyənləşdirirlər ki, bunlara görə alman biznesi bu partiyanı ölkə üçün risk hesab edir. Onlardan biri partiyanın açıqladığı anti-miqrasiya gündəliyidir, biznes isə əksinə, hər il təxminən 400 min əmək miqrantının ölkəyə axınını zəruri hesab edir.

İkincisi, AfD-nin avro valyutasına və ümumilikdə Avropa İttifaqına mənfi münasibətidir. Almaniyanın işgüzar dairələri Aİ-yə üzvlük və ortaq pul vahidini Almaniya iqtisadiyyatının inkişafı üçün ən vacib şərt hesab edirlər. Üçüncüsü, açıq bazarların ixrac yönümlü Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətinin əsasını təşkil etdiyi bir vəziyyətdə sağ populistlərin proteksionizmidir.("Deutsche Welle")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam