Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Bakı aeroportunun sərnişin dövriyyəsi 1,5 dəfə artıb

 Bu ilin yanvar-iyun aylarında Heydər Əliyev Beynəlxalq Aeroportunun ümumi sərnişin dövriyyəsi 1,5 dəfə artaraq 2 milyon 464 min nəfərdən çox həddə çatıb.

Yenixeber.org: Bu barədəHeydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib

Məlumata görə, ötən ilin eyni dövründə bu göstərici 1 milyon 634 min nəfər təşkil edib.

Daşınan sərnişinlərin 49,82 %-i beynəlxalq aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə xarici aviaşirkətlər 1 milyon 236 mindən çox sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 % artım deməkdir. Bakı aeroportundan sərnişin daşımalarının qalan hissəsini isə "Azərbaycan Hava Yolları" QSC (AZAL) həyata keçirib. Bu dövrdə AZAL 1 milyon 227 min nəfərdən çox sərnişinə xidmət göstərib.

Aeroportdan ən çox sərnişin Bakıdan Naxçıvana və əks istiqamətdə daşınıb. Qeyd olunan dövr ərzində bu göstərici 300 min nəfərdən çox olub. Daşınan sərnişinlərin sayına görə digər pillələrdə ardıcıl olaraq İstanbul, Tbilisi, Moskva və Dubay qərarlaşıb.

Altı ayda 57 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişini “Turkish Airlines”, “Utair”, “Aeroflot”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri daşıyıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam