Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Britaniyanın ticarət elçisi:Azərbaycanın dənizdə külək enerjisi ilə bağlı böyük potensialı var

30 ildir ki, Böyük Britaniya ilə Azərbaycan arasında olduqca güclü tərəfdaşlıq qurulub. Bu tərəfdaşlıq iqtisadiyyatın bütün sahələrini əhatə etməkdədir, ən birinci yerdə isə neft-qaz sektoru gəlir. Britaniya həmişə olduğu kimi bu illər ərzində də Azərbaycanda yaşıl enerji sahəsində ön sahədədir. Bu, bizi çox sevindirir.

Yenixeber.org: Bunu "28-ci Bakı Enerji Forumu"nda Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib. Onun sözlərinə görə, bunlar BP və digər şirkətlərlə tərəfdaşlıq çərçivəsində həyata keçirilməkdədir.

"Azərbaycanda dənizdə külək enerjisinin böyük potensialı var. Düşünürük ki, bu cür layihələr həyati əhəmiyyət daşıyır. Bu, Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmaq baxımından, daha təmiz enerjini təmin etmək baxımından çox gözəl missiyadır. Britaniyanın dənizdə külək enerjisi ilə bağlı təcrübəsini sizinlə paylaşmağa hazırıq", - deyə Baronessa vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam