Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Dövlət müəssisələrinin borcu azalıb -RƏQƏMLƏR

2022-ci ildə Azərbaycanda dövlət sektoruna aid müəssisələrin dövlət büdcəsinə borcu 3%-ə yaxın azalıb. 

Yenixeber.org:  Bu barədə Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir. 

Sənədə əsasən, ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin tərkibində dövlət mülkiyyətində olan vergi ödəyicilərinin payı 4 105,4 milyon manat, xüsusi mülkiyyətdə olan vergi ödəyicilərinin payı 4 064,3 milyon manat, digər mülkiyyət mənsubiyyətinə (xarici, birgə, bələdiyyə, beynəlxalq təşkilatlar) aid edilən vergi ödəyicilərinin payı isə 7 373,3 milyon manat olub. 

Dövlət sektoru üzrə daxilolmaların artması bu sektor üzrə büdcəyə olan borcların 6,7 milyon manat və yaxud 2,6 % azalaraq 254,2 milyon manat, artıq ödəmə məbləğlərinin isə 76,1 milyon manat və ya 18,3 % artaraq 491 milyon manat təşkil etməsi şəratində baş verib. 

Eyni zamanda dövlət mülkiyyətində olan vergi ödəyiciləri tərəfindən 2022-ci ildə dövlət büdcəsinə köçürülmüş daxilolmaların real hesablamalara nisbətən icrası 96,6 % olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam