Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlir və xərcləri 4 dəfə artıb

2022-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) gəlirləri 111,397 milyon manat təşkil edib.

Yenixeber.org:  Bu, 2021-ci ilə nisbətən 4,1 dəfə çoxdur.

RİNN-nin gəlirlərinin 100,452 milyon manatı və yaxud 90,2 %-i qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 5,95 dəfə çoxdur. Hesabat dövründə nazirliyin birja əməliyyatlarından gəlirləri isə 10,9 % artaraq 10,944 milyon manat olub.

Ötən il RİNN-nin xərcləri isə əvvəlki ilə nisbətən 4,15 dəfə çox - 111,467 milyon manat təşkil edib. O cümlədən nazirliyin əməkhaqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 14,3 % azalaraq 5,103 milyon manat, maliyyə yardımları və sair transferləri 5,2 dəfə artaraq 105,435 milyon manat, sərf etdiyi materialların dəyəri 17,65 % artaraq 60 min manat, amortizasiya xərcləri 6,6 % azalaraq 99 min manat, sair əməliyyat xərcləri isə 29,6 % artaraq 770 min manat olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam