Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Kredit borclarının silinməsi bank sistemini yıxa bilər”

 

Vətəndaşların kommersiya banklarına olan kredit borclarının ləğv edilməsi ilə bağlı dolaşan şayiələr səngimək bilmir.

"Xeberinfo.com":   Əsassız məlumatlar bank sektoru üçün ciddi təhlükə yaratmaqdadır. Çünki şayiələrə inanan vətəndaşların böyük qismi kommersiya banklarına olan borcunu ödəməkdən imtina edərək gözləmə mövqeyini seçib. Onsuz da kifayət qədər problemli kreditləri olan banklar isə çıxılmaz vəziyyətdə qalıb.

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Oqtay Haqverdiyev bu tip məlumatların bank sisteminə ciddi zərər verdiyini vurğulayıb:

“Bu bank sistemini yıxmaq məsələsidir. Belə şey ola bilməz. Bu şayiədir və şayiə olaraq da qalacaq. Hesab edirəm ki, bu şayiə təxribat yaratmaq məqsədilə ortaya atılıb. Nəticədə də vətəndaşlar gözləyir ki, kreditlər nə vaxt ləğv olunacaq. Ona görə də ödəniş etmirlər. Bu dövlətin pulu deyil ki, onu silsin. Bu kommerisya banklarının, özəl sektorun vəsaitidir. Elə şey olarmı ki, mən pulu verəm, başqası onu ləğv edə?”

Oqtay Haqverdiyevin fikrincə, bu mümkünsüz bir şeydir: “Bu, sadəcə, təxribat məqsədilə yayılan şayiədir. Ola bilər ki, kreditlərin ödənilməsi üçün vaxt uzadılsın, müəyyən güzəştlər edilsin, hansısa bank az miqdarda kreditləri ləğv etsin və s. Amma borcun tamamilə silinməsi mümkün deyil. Nəzərə almaq lazımdır ki, kommersiya bankları özü vətəndaşlara verdiyi krediti xarici banklardan və ya Mərkəzi Bankdan götürüb. Həmin kreditlərin məbləği isə milyardı ötüb”.

Mütəxəssis qeyd edib ki, kommersiya bankları belə bir yola gedəcəklərsə rəsmi açıqlama verməlidirlər: “Əhaliyə tövsiyə edərdim ki, ödənişlərini vaxtında etsinlər, boş şayiələrə inanmasınlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam