Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

Avropa qaz bazarında -10 faiz bahalaşma baş verib

Avropa qaz bazarında 10 faiz bahalaşma baş verib

Avropada bu həftənin əvvəli təbii qazın qiymətinin bu qışın ən kəskin artımı ilə yadda qalıb.

Yenixeber.org: Niderlandın TTF onlayn qaz satışı mərkəzində qazın dünənki 258 USD/1000 kubmetrdən sonra bugünkü fyüçersi 284 USD/1000 kubmetrdən satılıb. Bu 10 faizlik artım qışın əvvəlindən ən kəskin qiymət sıçrayışıdır. Eyni zamanda, bu gün qeydə alınan qiymət 2018-ci il dekabrın 28-dən bu yana ən yüksək qiymətdir.

Görünməmiş soyuqların tüğyan etdiyi İspaniyanın PVB onlayn qaz satışı mərkəzində isə cümə günü qeydə alınmış 660 USD/1000 kubmetr qiyməti bu gün 379 dollaradək geriləyib.

Bütövlükdə, bu qışın Avropada soyuq keçməsi yeraltı qaz anbarlarından qaz sərfiyatının artmasına təkan verib. Yanvarın 10-da yeraltı qaz anbarlarının dolma səviyyəsi 66,63 faiz olub. Bu, ötən beş mövsümün orta səviyyəsindən bir qədər azdır, halbuki cari mövsümün əvvəlində 6,75 faiz, yaxud 7 milyard kubmetr çox olub.

Digər tərəfdən, Avropa qaz şəbəkəsinə LNG terminalları vasitəsilə vurulan qaz həcmi 2020-ci ilin yanvar ayına nisbətən 48 faiz azdır.

Ümumiyyətlə, ötən il Avropa LNG idxalı 7 faiz azalaraq 97,194 milyon kubmetr təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam