Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elman Rüstəmov xalqa müraciət elədi: "Sakit olun..."

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov əhaliyə müraciət etdi

 

"Xeberinfo.com":  Məlumata görə, Dövlət televiziyasına müsahibə verən Elman Rüstəmov əhalini sakit olmağa çağırıb.
O bildirib ki, manatın ucuzlaşması əhalinin gəlirlərində 100-də bir qəpik qədər hiss olunacaq.
"Birrəqəmli inflasiya nəyinki qorxulu deyil, hətta iqtisadiyyatın və biznesin stimullaşdırılması üçün faydalıdır. Əhalinin seçim imkanları çoxdur. Gəlirlərini müxtəlif valyutalarda saxlaya bilər", - deyə Mərkəzi Bankın sədri bildirib.
Elman Rüstəmov bildirib ki, manatın ucuzlaşmasına görə əhalinin narahatlığı və nigarançılığı üçün heç bir əsas yoxdur: "Banklara tapşırmışıq ki, əhalinin əmanətlərinin manatdan dollara keçirmək istəyinə mane olmasınlar, təki depozitlər banklarda qalsın".
Qeyd edək ki, Azərbaycanda valyuta dəyişmə məntəqələrində manat dollara nəzərən 0,05 faiz ucuzlaşıb. Mərkəzi Bankın saytında 1 dollar 0,7844 AZN idisə, indi 0,7848 AZN-dir. Şəhərdəki bəzi valyuta dəyişmə məntəqələrində isə 0,7868-dir.
Onu da bildirək ki, dünya bazarında ötən ilin avqustundan başlayaraq neftin qiymətinin ucuzlaşması fonunda dolların dəyəri artıb. Rubl, avro və digər valyutalar kəskin ucuzlaşsa da, Azərbaycanın Mərkəzi Bankı ötən 7 ayda manatı sabit saxlayıb.
Ötən iki ayda Mərkəzi Bank manatın saxlanmasına 2,3 milyard dollar xərcləyib. Bu, 13 milyardlıq Mərkəzi Bankın ümumi ehtiyatının 15 faizi qədərdir.
ans press

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam