Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avstriyada 8 karateçimiz mübarizəyə qoşulur

 
Karateçilərimiz Avstriyanın Zalsburq şəhərində keçirilən Karate1 Premyer Liqa turnirində mübarizəni davam etdirirlər.
Yenixeber.org: Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mövsümün 3-cü mərhələsində 14 idmançımız gücünü sınayır.

Yarışın ikinci günündə 8 karateçimiz mübarizəyə qoşulur. Kişilər arasında Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (84 kq), Şahin Atamov, Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata) mübarizə aparır. Qadınların yarışında isə İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) güclərini sınayırlar.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 88 ölkədən 625 karateçi yarışır. Turnir karateçilərə, həmçinin dünya və Olimpiya reytinqi xalları qazandıracaq.

Qeyd edək ki, turnirin birinci günündə karateçilərimizdən Rafiz Həsənov (67 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi İtaliya təmsilçisi Luka Mareska olacaq. Final qarşılaşması martın 1-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş Karate1 Premyer Liqa turnirində iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar. Bununla yanaşı, İ.Zaretska Tokio Olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib.

Premyer Liqa turnirinə martın 1-də yekun vurulacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam