Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə, yoxsa Almaniya? -Bu gün bilinəcək

 

Türkiyə, yoxsa Almaniya? - Bu gün bilinəcək

Bu gün futbol üzrə 2024-cü il Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı müəyyənləşəcək.

Yenixeber.org: Bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçiriləcək iclasından sonra elan ediləcək. Qurumun prezidenti Aleksandr Çeferin qalibin adını Bakı vaxtı ilə saat 16:45-dən sonra təşkil olunacaq brifinqdə açıqlayacaq.

AVRO-2024-ə ev sahibliyi etmək üçün iki ölkə - Türkiyə və Almaniya namizədliyini verib. Artıq bu ölkələr Avropa çempionatının oyunlarının keçirilməsi üçün şəhər və stadionları da açıqlayıblar. Almaniya "onluğ”a Berlin ("Olimpiaştadion", 70,033 nəfərlik), Köln ("Köln" stadionu, 46,922), Dortmund ("BVB Stadion", 61,524), Düsseldorf ("Düsseldorf Arena", 46,264), Frankfurt ("Frankfurt Stadion", 48,057), Gelzenkirhen ("Arena AufSchalke", 49,471), Hamburq ("Hamburq Arena", 50,215), Leyptsiq ("RB Arena", 46,635), Münhen ("Münhen Futbol Arenası", 66,026) və Ştutqartı ("Ştutqart Arena", 50,998) daxil edib.

Türkiyənin sifariş vərəqində isə 9 şəhərdə yerləşən 10 arena - Ankara ("Ankara Stadium", 62,332), Antalya ("Antalya Stadium", 41,349), Bursa (Bursa stadionu, 42,985), Eskişehir (Eskişehir stadionu, 32,204), Qaziantep (Qaziantep stadionu, 33,884), İstanbul (İstanbul Atatürk Olimpiya stadionu, 85,718 və "Ali Sami Yen" İdman Kompleksi, 50,178), Kocaeli (Kocaeli stadionu, 32,204), Konya ("Konya Büyükşehir Belediye" stadionu, 36,193) və Trabzon (Şenol Güneş İdman Kompleksi,40,735) yer alıb.

Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam