Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Millimizin daha bir futbolçusunun porno videoya görə başı dərdədir – Həbs oluna bilər

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun başı dərddədir.

İspaniyanın "Albasete" klubunun üzvü 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Yenixeber.org: "Portal Cadista"yanın məlumatına görə, Eddi 2015-ci ilin iyulunda "Eybar"da çıxış edərkən komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda suçlanır. S. Enriç və A. Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də, onu aldadıblar. Onlar həmin görüntüləri lentə alıb və sonradan digər şəxslərə də göndəriblər. Həmin iki futbolçu ilə yanaşı, 27 yaşlı yarımmüdafiəçimiz də həmin görüntüləri yayıb.

Artıq araşdırmalar yekunlaşdığı üçün 1 saylı Eybar Məhkəməsi işin şifahi məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb. İttiham olunan şəxslərin vəkillərinə işlə tanışlıq üçün 10 gün vaxt verilib. Bildirilir ki, prokuror Enriç və Lunaya 5 il, İsrafilova isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Lakin xüsusi ittihamçı İsrafilov üçün 3 il iş tələb edib.

Qeyd edək ki, Eddinin atası Dominqo Paskual Anqolanın paytaxtı Luandada anadan olub. Anası İradə İsrafilova isə Bakıda anadan olub. Qaydalara əsasən, o hər iki ölkənin milli komandasında, həmçinin İspaniya millisinin heyətində çıxış edə bilərdi. 2013-cü ildə Eddi Qətər millisi ilə yoldaşlıq oyunu üçün Azərbaycan milli komandasının heyətinə çağırıldı. Lakin, o, klub öhdəliklərini əsas gətirərək təklifdən imtina etdi. 2015-ci ilin yanvarında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Eddinin milli komandanın heyətində çıxış etməyə razı olduğunu bildirdi.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam