Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Çempionlar Liqasında V tura yekun vurulub -YENİLƏNİB

 

 

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Yenixeber.org: Məlumata görə, ikinci oyun günündə E,F,G və H qruplarındakı komandalar qarşılaşıblar. Görüşlərin nəticələri belə olub:

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

27 noyabr

E qrupu

24:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 1:1

Qollar: Deyan Lovren, 65 - Dris Mertens, 21

24:00. "Genk" (Belçika) - "Zaltsburq" (Avstriya) - 1:4

Qollar: Alli Mbvana Samatta, Patson Daka, 43. Takumi Minamino, 45. Hi-Çan Hvanq, 69. Erlinq Braut Holand, 87

Xal durumu: "Liverpul" - 10, "Napoli" - 9, "Zaltsburq" - 7, "Genk" - 1.

F qrupu

24:00. "Barselona" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 3:1

Qollar: Luis Suares, 29. Lionel Messi, 33. Antuan Qrizmann, 67 - Ceydon Sanço, 77

24:00. "Slaviya" (Praqa, Çexiya) - "İnter" (İtaliya) - 1:4

Qollar: Tomaş Suçek, 37 (pen.) - Lautaro Martines, 19; 88. Romelu Lukaku, 81; 90+3

Xal durumu: "Barselona" - 11, "İnter" - 7, "Borussiya" - 7, "Slaviya" - 2

G qrupu

21:55. "Zenit" (Rusiya) - "Lion" (Fransa) - 2:0

Qol: Artyom Dzyuba, 42

24:00. "Leyptsiq" (Almaniya) - Benfika" (Portuqaliya) - 2:2

Qollar: Emil Forsberq, 90 (pen.); 90+6 - Pitsi, 20. Karlos Viniçius, 59

Xal durumu: "Leyptsiq" - 10, "Zenit" - 7, "Lion" - 7, "Benfika" - 4

H qrupu

21:55. "Valensiya" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:2

Qollar: Karlos Soler, 40. Daniel Vass, 82 - Mateo Kovaçiç, 41. Kristian Pulişiç, 50

24:00. "Lill" (Fransa) - "Ayaks" (Hollandiya) - 0:2

Qollar: Hakim Ziyeş, 2. Kvinsi Promes, 59

Xal durumu: "Ayaks" - 10, "Valensiya" - 8, "Çelsi" - 8, "Lill" - 1.


***23:54

UEFA Çempionlar Liqasında V turun daha 2 oyunu keçirilib.

Məlumata görə, Rusiyada "Zenit" Fransa "Lion"unu qəbul edib. 

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 42-ci dəqiqədə Artyom Dzyuba açıb. 84-cü dəqiqədə isə Məhəmməd Ozdoyev yekun nəticəni müəyyənləşdirib. Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Zenit" G qrupunda 2-ci pilləyə yüksəlib. Eyni xala malik "Lion" isə 3-cü pilləyə enib. xalla ilk sırada yer alan Almaniya "Leyptsiq"i saat 24:00-da başlanacaq qarşılaşmada Portuqaliya "Benfika"sını yensə, qrup lideri kimi 1/8 finala yüksələcək.

H qrupundakı matçda isə "Valensiya" İspaniyada Avropa Liqasının son qalibi "Çelsi" ilə heç-heçəyə nail olub - 2:2. Meydan sahiblərindən Karlos Soler 40-cı, Daniel Vass 82-ci, qonaqlardan isə Mateo Kovaçiç 41-ci, Kristian Pulişiç 50-ci dəqiqədə fərqlənib. Bu nəticədən sonra "Valensiya" 8 xalla liderliyə yüksəlib. Eyni xala malik "Çelsi" ikincidir. Lakin saat 24:00-da başlanacaq qarşılaşmada Hollandiya "Ayaks"ı Fransada 1 xalı olan "Lill"ə qalib gəlsə, xallarını 10-a yüksəldəcək və yenidən liderliyə yüksələcək.

Qeyd edək ki, turun qalan oyunu bu gecə keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam