Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Qarabağ” uduzub, Azərbaycan yerində qalıb, Kipr irəliləyib

Avrokubokların qrup mərhələsinin IV turundan sonra UEFA reytinqi açıqlanıb.

Yenixeber.org: Çempionlar Liqasında 16, Avropa Liqasında 24 qarşılaşma cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Bu dəyişikliklər 15-19-cu yerlərdə qərarlaşan ölkələri əhatə edib. Azərbaycan çempionu “Qarabağ” üzərində 2:1 hesablı əzmkar qələbə qazanan APOEL-in sayəsində Kipr 15-ci sıraya yüksəlib. Bu mövqe isə avrokuboklarda 4 deyil, 5 komanda ilə təmsil olunmaq hüququ verir.

Kipr kimi Xorvatiya 1, Şotlandiya isə 2 pillə irəliləyib. Yunanıstanla Serbiya isə 2 addım geri düşüb.

Azərbaycanın mövqeyi isə dəyişməyib. “Qarabağ”ın Avropa Liqasında APOEL-ə uduzması əmsalımıza xal gətirməyib. Azərbaycanın cari mövsümdəki əmsalı 3,125-ə bərabərdir. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz isə 18,500-dür.

Azərbaycan bununla da Avropada 26-cı sırada qalıb. Hərçənd “Qarabağ” heç-heçə etsəydi Qazaxıstanı (18,750) əlavə göstəricilər görə, qalib gəlsəydi həm də Belarusu (18,875) keçərək irəliləyəcəkdi.

Qeyd edək ki, cədvəlin ilk pilləsində İspaniya qərarlaşıb – 92,140.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam