Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

"Qarabağ" Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb

"Qarabağ" komandası Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb.

Yenixeber.org: Bu, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiya "Dandolk"u üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub.

Beləliklə, daha 0,250 xal əldə edən Ağdam təmsilçisi Azərbaycanın cari mövsümdəki xallarını 1,500-ə çatdırıb.

Lakin reytinq sıralamasında dəyişiklik baş verməyib. Son 5 mövsümdəki göstəricilərin cəmində 16,875 xala malik Azərbaycan yenə 26-cı pillədədir. 25-ci yerdə gedən Qazaxıstanın isə 17,625 xalı var. 24-cü pillədə 18,000 xalla Belarus yer alıb. Lakin Azərbaycandan fərqli olaraq, bu iki ölkənin Çempionlar Liqasında təmsilçisi qalmayıb.

Qeyd edək ki, bu mövsüm Azərbaycanın əldə etdiyi reytinq xallarından yarısı (0,750) "Neftçi"yə, yarısı "Qarabağ"a məxsusdur. İlk 2 mərhələdəki 3 görüşün hamısından qalib ayrılan flaqman bu gün Bakıda Rusiya "Arsenal"ı ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək. 4 oyundan 2 qələbə, 2 heç-heçə ilə ayrılan "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə üz-üzə gələcək. Avropa Liqasının ilk mərhələsindəcə mübarizəni dayandıran "Səbail" ölkə reytinqinə xal yazdıra bilməyib. "Qəbələ" də bu gün Gürcüstan paytaxtı Tbilisidə "Dinamo"ya uduzsa, Azərbaycanın reytinq xalını artıra bilməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam