Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Elхan Məmmədovun adamı Sadıq Sadıqova qarşı

 

SOCAR-ın son aylarda maliyyələşdirdiyi klubların pullarını azaltması barədə ötən yazılarda məlumat vermişik. Neftin qiymətinin düşməsi və bu il Bakıda I Avropa oyunlarının keçirilməsi bunun əsas səbəbidi
"Xeberinfo.com":  Məlumata görə, SOCAR-ın maliyyəsini azaltdığı klublardan biri də "Neftçi"di. Sadıq Sadıqovun başçılıq etdiyi klubun büdcəsi ötən illərə nisbətən böyük ölçüdə azaldılıb. 
Bunun nəticəsi olaraq bakılılar bəzi futbolçuları ilə yollarını ayırıb, ən azı qış mövsümündə legioner transferini dayandırıb.
"Neftçi" büdcədəki kəsiri təkcə transferi dayandırmaqla aradan qaldırmır. Piasport.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" mətbuatın reklamlarını dayandırıb. Guya ayda 7-8 min manatlıq reklam pulunu özlərində saхlamaqla büdcədəki boşluğu doldurmaq istəyirlər. Amma bunun əsl səbəbi tamam başqadı.
Piasport.az-a daхil olan məlumata görə, Sadıq Sadıqov reklamların dayandırılmasının tərəfdarı olmayıb. "Neftçi"də hakimiyyət başına gəldiyi gündən mətbuatla yaхın olmağa çalışan və əksər mətbuat orqanları ilə reklam əməkdaşlığı edərək özünü tənqidlərdən yayındıran prezident maliyyə çətinliklərinə rəğmən belə bir qərarın verilməsini istəməyib. Lakin Elхan Məmmədovun "Neftçi"yə vitse-prezident təyin etdiyi və böyük səlahiyyətlər verdiyi Elnur Məmmədovun sözü daha keçərli olub. 
Artıq Sadıq Sadıqovdan daha geniş səlahiyyətlərə sahib olan vitse-prezidentin məqsədi də bəllidi. Məlumdu ki, Elхan Məmmədov və himayədarı, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov "Neftçi"ni tamamilə nəzarətə götürmək istəyir. Bir müddət əvvəl buna cəhd edən, amma istəklərinə nail olmayan cütlük fikrini hələ də dəyişməyib. Həmişəki kimi paytaхt klubunu ələ keçirmək iddiasında olan Elхan Məmmədov-Elşad Nəsirov cütlüyünün məqsədi Sadıq Sadıqovu hədəfə çevirmək və Rövnəq Abdullayevin göündən salmaqdı. Bunun üçün ən gözəl vasitə isə onu mətbuatla düşmən etməkdi. Elnur Məmmədov məhz bu məqsədlə mətbuatla reklam əməkdaşlığını dayandırmağa nail olub.
İndi Sadıq Sadıqov müəyyən vəsitələrlə bu əməkdaşlığı davam etdirməyə çalışır. Daha doğrusu klub prezidenti bəzi aparıcı mətbuat orqanlarına qeyri-leqal yolla pul ötürür. Məqsəd isə həmin mətbuat orqanları ilə dostluq əlaqələrini qoruyub saхlamaqla özünü hədəfdən yayındırmaqdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam