Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Neftçi” 1 milyon manat ödəyəcək!

 

İdman Arbitraj Məhkəməsi (CAS) Emil Mpenzanın "Neftçi"dən verdiyi apellyasiya şikayətinə baxıb.

 

Xeberinfo.com:   Məlumata görə, məhkəmə "Ağ-qaralar"ın sabiq futbolçusunun xeyrinə qərar çıxarıb. CAS "Neftçi"nin təqdim etdiyi dəlilləri qəbul etməyərək, FİFA-nın çıxardığı qərarı qüvvədə saxlayıb.

 

2010-cu ildə İsveçin "Sion" klubundan "Neftçi"yə transfer olunan, 2012-ci ilin qışında komandanı tərk edən Mpenza "Neftçi"dən 1 milyon manata yaxın vəsait tələb edirdi. O, "Ağ-qaralar"dan 80 min (illik 5 faiz əlavə olunmaqla) dollarlıq məvacib və 687500 (illik 5 faiz əlavə ödənişlə) dollarlıq təzminat istəyirdi.

 

İndi "Neftçi" təxminən 1 milyon manata yaxın vəsaiti futbolçuya ödəmək məcburiyyətindədir.

 

Məlumatı "Neftçi"nin rəsmi saytı da təsdiqləyib.

 

Xatırladaq ki, Mpenza "Neftçi"nin sabiq prezidentinin - Sadıq Sadıqovun dövründə kluba cəlb olunmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam