Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

"Minsk 2019" II Avropa Oyunlarında- ... 1,5 milyarddan çox olub

Belarusda keçirilmiş "Minsk 2019" II Avropa Oyunlarının marketinq göstəriciləri açıqlanıb.

Yenixeber.org: Təşkil edilən mətbuat konfransında bəzi statistik göstəricilər diqqətə çatdırılıb.

Oyunların marketinq üzrə meneceri Maksim Koşkal II Avropa Oyunlarını televiziya vasitəsi ilə izləyənlərin 320 milyondan çox olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Avropadan kənarda "Minsk 2019"a 111 milyon nəfər baxıb. Yarışlar 195 ölkədə yayımlanıb. Yalnız Avropa qitəsində müəllif hüquqları şirkətləri tərəfindən ümumi yayımın həcmi 3000 saatı keçib. Ümumiyyətlə, auditoriyanın əhatə dairəsi 1,5 milyarddan çox olub.

Oyunlardan hazırlanan verilişlərin sayına görə də ilk üç ölkə müəyyənləşib. Bunlar Belarus, Polşa və Portuqaliyanın televiziya kanallarıdır.

II Avropa Oyunlarının rəsmi bilet operatoru "Ticketpro" MMC-nin baş direktoru Kirill Suşinski "Minsk 2019"da satılan biletlər barədə məlumat verib. O, bildirib ki, əvvəllər belə genişmiqyaslı tədbirlər Belarusda keçirilməyib. Yarışın ilk bileti 2018-ci il dekabr 1-də, son bilet isə 2019-cu il bağlanış mərasimi vaxtı saat 22:54-də satılıb.

Suşinski II Avropa Oyunlarını 232 min azarkeşin tribunadan izlədiyini vurğulayıb: "İdman yarışlarında tribunaların doldurulma səviyyəsi 88% təşkil edib. Açılış mərasiminə 17.5 min tamaşaçı qatılıb. Bu rəqəm bağlanış mərasimində 18,7 min olub. Stadionun isə 97.5 hissəsi dolub.

Qeyd edək ki, “Minsk 2019” 21 – 30 iyunu əhatə edib. Azərbaycan yığması yarışlarda qızıl, 10 gümüş və 13 bürünc medal qazanmaqla, komanda hesabında 10-cu olub. İlk yeri isə 44 qızıl, 23 gümüş və 42 bürünc medalla Rusiya tutub. III Avropa Oyunları 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam