Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Mübariz İbrahimovun - xatirəsinə həsr olunan turnir keçirilib

Mübariz İbrahimovun xatirəsinə həsr olunan turnir keçirilib
Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə yeniyetmə və azyaşlılar arasında açıq respublika turniri keçirilib.
Yenixeber.org:  Azərbaycan Güləş Federasiyasının, Azərbaycan Mətbuat Şurasının və “Olimpsport” jurnalının birgə təşkilatçılığı ilə keçirilən yarışda 200-dək idmançı qüvvəsini sınayıb. 

Turnirin təşəbbüskarı, güləş üzrə Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, “Olimpsport” jurnalının baş redaktoru Ramin Allahverdiyev yarış haqqında təəssüratlarını bölüşərək deyib: “Bu yarışı keçirmək çoxdankı arzum idi. Çünki Mübariz İbrahimovun qəhrəmanlığını təbliğ edib yaşatmaq hər bir azərbaycanlı kimi mənim də borcumdur. Əslində bu turniri beynəlxalq səviyyədə keçirmək niyyətində idik. Maddi vəziyyətlə bağlı hələ ki respublika səviyyəsində keçirmək qərarına gəldik. Bu, həm də bizim üçün test xarakteri daşıyır. Əsas odur ki, ənənənin təməlini qoyduq. Məqsədimiz yeniyetmələrimizin mübariz ruhlu yetişməsi və güləşin kütləviliyini artırmaqdır. Ümid edirəm ki, gələn il bu yarış federasiyanın təqvimində yer alaraq daha geniş miqyasda keçiriləcək”. 

Yarışa marağın böyük olduğunu vurğulayan turnirin təşəbbüskarı bildirib ki, paytaxtla yanaşı, bölgələrdən ondan çox komanda mübarizə aparıb. O, yarışın təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Güləş Federasiyasına və Mətbuat Şurasına minnətdarlığını bildirib. 

Turnirin açılış mərasimində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qaliblər diplom və medallarla təltif olunublar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam