Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

20 YANVAR ŞƏHİDLƏRİNƏ HƏSR OLUNAN TURNİR KEÇİRİLİB -FOTOLAR

20 YANVAR ŞƏHİDLƏRİNƏ HƏSR OLUNAN TURNİR KEÇİRİLİB -

 

       Bazar günü Qobustan Rayon Olimpiya Mərkəzində Azərbaycan Qocyuru Okinava Karate do və Kobudo Federasiyası (AQOKKNF) Qobustan Rayon İcra Hakimiyyəti ilə birgə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həcr olunmuş Açıq Respublika Turniri keçirildi.

      Xeberinfo.com:   Yarışda Bakının Yasamal, Nizami, Xətai, Qaradağ, eyni zamanda respublikamızın Qobustan, Yevlax, Hacıqabul, Şirvan, Göyçay, Zərdab rayonlarından olan 100-dən çox idmançılarımız iştirak edirdilər. Həmin idmançılar müxtəlif yaş qruplarında və çəki dərəcələrində çıxış edirdilər. VKF və kata növləri üzrə keçirilən turnir gərdin idman mübarizəsi şəraitində keçdi. Bu yarışda Bakı şəhərindən “Ağ at”, “Ruslan”, “Sərhədçi” idman klublarından, Yasamal, Qaradağ, Qobustan, Yevlax və Şirvan rayonlarından olan idmançılar xüsusilə fərqlənirdilər.

20 YANVAR ŞƏHİDLƏRİNƏ HƏSR OLUNAN TURNİR KEÇİRİLİB -

Yarışların birinci mərhələsində idmançılardan Seyid Abbasov, Hüseyn Məmmədov, Rəvan Əkbərov, Fəqan Şərifzadə, Abdulla Abdullayev, Tofiq Sabirli, Zaur Talıbov, Allahverdi Allahverdili, Qasım Zərbəliyev, Nizami Mustafayev fərqlənərək birinci yeri tutdular.

Ikinci mərhələdə, kata növləri üzrə isə Şükran Həsənli həmyaşıdları arasında fərqlənərək birinci yerə layiq görüldü.

20 YANVAR ŞƏHİDLƏRİNƏ HƏSR OLUNAN TURNİR KEÇİRİLİB -

Respublika çempionatının ikincisi Həsən Davudzadə isə yenə də ikinci yerlə kifayətləndi. 7 yaşlılar arasında kata növləri üzrə isə birinci yerə Yusif Dadaşov layiq görüldü. Qeyd edək ki, Yusif Dadaşov həm respublika, həm də MDB ölkələri arasında kata növü üzrə birinci yerə layiq görülən idmançımızdır.

Bütün bu uğurlara görə federasiyanın vitse-prezidenti,  əməkdar məşqçi Tarverdi Allahverdiyev başda olmaqla, qocaman ustad idmanşımız Aydın Dadaşovun, Fərid Əzizovun və adlarını çəkə bilmədiyimiz onlarca idmançımızın böyük əməyi var.

 

Biz də öz növbəmizdə idmançılarımıza gələcək nailiyyətlərində uğurlar arzu edirik və inanırıq ki, onlar bizim şəhidlərimizin qanını yerdə qoymayacaq, Azərbaycan bayrağını daim ucalarda, dünya arenalarında dalğalandıracaqlar.

20 YANVAR ŞƏHİDLƏRİNƏ HƏSR OLUNAN TURNİR KEÇİRİLİB -
20 YANVAR ŞƏHİDLƏRİNƏ HƏSR OLUNAN TURNİR KEÇİRİLİB -
20 YANVAR ŞƏHİDLƏRİNƏ HƏSR OLUNAN TURNİR KEÇİRİLİB -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam