Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabah Bakıda möhtəşəm final olacaq: hazırlıqlar başa çatıb

Sabah Bakıda möhtÉÅÉm final UEFA ile ilgili görsel sonucu

Böyük Britaniya səfiri: “Azərbaycanda özümü evdəki kimi hiss edirəm”

Yenixeber.org:  Mayın 29-da Bakıda UEFA Avropa Liqasının finalı keçiriləcək. Finalda iki ingilis klubu üz-üzə gələcək. Obrazlı formada desək, “Arsenal” və “Çelsi”nin ifasında London derbisi izləmək şansı əldə edəcəyik.

Bu günlərdə Bakıda əsl final coşqusu yaşanır. Belə ki, mayın 25-də Bakıda bulvar ərazisində “Fan festival” start götürüb. “Yeni Müsavat”ın reportyor qrupu olaraq festival ərazisində olduğumuz zaman müşahidə etdik ki, uşaqların və böyüklərin əylənməsi, hədiyyə qazanmaları üçün hər cür şərait yaradılıb. Festival ərazisinə Kukla Teatrının yanından, xüsusi x-ray cihazlarından və mühafizəçilərin yoxlamasından keçdikdən sonra daxil olmaq mümkündür. Festival ictimaiyyətə tam açıq qaydada keçirilir. Orada göstərilən xidmətlər, quraşdırılan avadanlıqlardan istifadə ödənişsizdir. Festivala qatılanlar Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarını sınaqdan keçirmək, mükafatlar qazanmaq və  Avropa Liqasının əyləncəli suvenirlərini əldə imkanlarından faydalana bilirlər. Uşaq zonasında uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullana bilər, üzlərinə rəsm çəkdirə və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirə bilərlər.  Festival mayın 29-na qədər davam edəcək.

Onu da qeyd edək ki, mayın 27-də Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts UEFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşması ilə əlaqədar mətbuat konfransı keçirib.

 

Səfir bildirib ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir: “Britaniyanın Bakıdakı səfirliyi Azərbaycan hökuməti, hər iki ölkənin futbol federasiyaları, klubları ilə fəal əməkdaşlıq edir və bu sahədə çox işlər görülüb. UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar səfirlik Bakıya gələcək ingilis azarkeşlər üçün lazımi məlumatların olduğu xüsusi broşür hazırlayıb”.

28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edən diplomat ölkələrimiz arasında idman sahəsində əlaqələrdən danışarkən Bakıda keçiriləcək final oyunun əhəmiyyətini xüsusi qeyd edib. Kerol Krofts futbol üzrə İngiltərə millisinin 1966-cı ildə azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun düzgün qərarı sayəsində tarixində ilk dəfə dünya çempionu olduğunu bildirərək deyib: “Böyük Britaniya-Azərbaycan futbol əlaqələri barədə danışarkən ilk ağla gələn Tofiq Bəhramovdur. 1966-cı ildə keçirilən dünya çempionatının ildönümü ilə əlaqədar 2016-cı ildə biz Tofiq Bəhramovun ailəsini ziyarət etdik. Tofiq Bəhramovun ailəsi bizə onun arxivindən fotoşəkillər təqdim etdi. Həmin fotoşəkillər Azərbaycanla Böyük Britaniya arasında yüksək səviyyəli əlaqələrin rəmzlərindən biridir. Həmin il Tofiq Bəhramovun ailəsi Kraliça II Elizabetin doğum günü məclisinə dəvət edilib və orada onlara Tofiq Bəhramovun tarixi oyunda geyindiyi forma təqdim olunub”.

Kerol Krofts ile ilgili görsel sonucu

Səfir Böyük Britaniya vətəndaşlarının Azərbaycana təkcə futbol matçlarında deyil, Formula 1, cüdo və idmanın digər növləri üzrə keçirilən idman yarışlarını izləmək üçün də səfər etdiklərini bildirib. Ölkəmizdə Birləşmiş Krallığın 500-dək şirkətinin fəaliyyət göstərdiyini və Britaniya icmasının mövcudluğunu qeyd edən diplomat bildirib ki, UEFA Avropa Liqasının “Arsenal” və “Çelsi” klubları arasında oynanılacaq final qarşılaşması ilə əlaqədar səfirlik AFFA və Azərbaycan hökuməti, eləcə də Britaniya polisi ilə sıx əməkdaşlıq edir. Səfirlik daha çox Britaniya vətəndaşının final oyununu izləmək üçün Bakıya gəlməsinə çalışır. O, final yarışı günü bir neçə çarter reysi ilə azarkeşlərin Bakıya gələcəklərini bildirib.

Diplomat mayın 29-da “Arsenal” və “Çelsi” klubları arasında möhtəşəm final matçının oynanılacağına əminliyini bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts Avropa Liqasının final matçının siyasiləşdirilməsi barədə suala  da cavab verib. Səfir deyib ki, idman barədə, “Arsenal” və “Çelsi” klublarının Bakıdakı oyunu barədə danışmaq lazım idi. K.Krofts bildirib ki, bu iki klubun finala çıxması böyük nailiyyətdir: ““Arsenal” və “Çelsi”də çox güclü oyunçular var və bütün söhbətlər onlar barədə olmalıdır".

K.Krofts qeyd edib ki, o, özünü Azərbaycanda hər zaman evdəki kimi hiss edib: “Mənim ailəm, dostlarım buraya gəliblər. Biz hər zaman insanların səmimi münasibətini görmüşük. İctimai nəqliyyatda gedərkən durub yer verirlər”.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Londonun “Arsenal” və “Çelsi” klubları arasında oynanılacaq final qarşılaşması saat 23:00-da başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam