Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rober Pires:“Bakıdakı final azarkeşlərə ...”

 

“UEFA Avropa Liqasının final oyunu kimi mötəbər tədbirə ev sahibliyi etmək Azərbaycan və xüsusilə Bakı üçün çox gözəl imkandır. Xüsusi məqam odur ki, finalda iki London komandası qarşılaşacaq – “Arsenal” və “Çelsi”.

Yenixeber.org: Bunu “Arsenal”ın və Fransa yığmasının sabiq yarımmüdafiəçisi Rober Pires bildirib.

“Mən karyeramın 6 ilini “Arsenal”da keçirmişəm və əlbəttə ki, finalda bu komandanı dəstəkləyəcəyəm. Bundan əlavə, mən komandanın özündə səfir kimi fəaliyyət göstərirəm. “Arsenal” burda oynayacağından da bu titulu yenidən qazanmağını gözləyirəm”, - deyə R. Pires bildirib.

Bakının uzaq olduğu fikrini şərh edən sabiq futbolçu qeyd edib ki, bu, heç də belə deyil: "Fikrimcə, Bakı o qədər də uzaq deyil. Təyyarə ilə cəmi 5 saatlıq yoldur. Bu, həm “Çelsi”, həm də “Arsenal” azarkeşləri üçün yeni bir ölkəni, yeni bir şəhəri kəşf etmək üçün gözəl bir imkandır. Ona görə Bakının uzaq olduğunu deməzdim".

O bildirib ki, final oyununa sponsorlardan birinin numayəndəsi kimi cəlb olunub.

"Azərbaycan azərkəslərinin futbol sevgisinə bələdəm. Stadion böyükdür, azərkəs tutumu böyükdür. Hər iki komandanın azarkeşləri üçün final çox maraqlı keçəcəyinə inanıram", - deyə R. Pires bildirib.

Qeyd edək ki, “Çelsi” – “Arsenal” matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq. (ONA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam