Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində finala yüksəlib

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən Böyük Dəbilqə turnirində finala vəsiqə qazanıb.

Yenixeber.org: Xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı yarımfinalda Monqolustan təmsilçisi Basxu Yondoperenleyi mübarizədən kənarlaşdırıb. O, həlledici görüşdə Denis Vieru (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəki dərəcəsindəki İbrahim Əliyev isə bürünc medal uğrunda qarşılaşmada Basxu Yondoperenleyi sınağa çəkəcək.   

İlk yarış günündə kişilər 60 kq və 66 kq, qadınlar isə 48 kq, 52 kq və 57 kq-da mübarizə aparır.

Qadınların yarışında Ramilə Əliyevə, Şəfəq Həmidova, Əliyeva Leyla (hər üçü 48 kq), Gülşən Nəzərova, Şəfəq Məmmədova, Gültac Məmmədəliyeva (hər üçü 52 kq), Səkinə Zayirova (57 kq) 1/16 finala təsadüf edən ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar. Aişə Qurbanlı (48 kq), İçinxorlu Munxtsedev və Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) isə bir görüşü qələbə ilə bitirdikdən sonra 1/8 finalda uduzublar.

Kişilərdən Oruc Vəlizadə, Tofiq Məmmədov, Orxan Səfərov (hər üçü 60 kq) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar. Əhməd Yusifov (60 kq) və İsmayıl İbrahov (66 kq) isə bir mərhələ adlaya bilib. 

Qeyd edək ki, Böyük Dəbilqə turnirinə mayın 12-də yekun vurulacaq. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam