Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cüdoçumuz Afrika Kubokunu qazandı

 

Bu gün Tunisdə cüdo üzrə Afrika Kubokuna start verilib.

 

 

Xeberinfo.com:   Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, turnirin ilk günündə Azərbaycan millisinin on cüdoçusu mübarizə aparıb.

 

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli ilk görüşündə iordaniyalı Hait Salmanı, daha sonra Səudiyyə Ərəbistan idmançısı Eys Majraşı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Bu mərhələdə sloveniyalı Matyaj Trboviçi, finalda isə Fransa cüdoçusu Sedrik Revol üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

66 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Telman Vəliyev mübarizəyə fransalı Fərid Ben Əli üzərində qələbə qazanaraq başlayıb. Ardınca Portuqaliya təmsilçisi Dioqo Sezara qalib gəlib. Daha sonra tatami sahibi Hussen Halfauini mübarizədən kənarlaşdıraraq yarımfinala adlayıb. Lakin Vəliyev bu mərhələdə fransalı Aleksandr Mariaka məğlub olub. Bürünc medal uğrunda qarşılaşmada isə Gürcüstan cüdoçusu Vaxa Marqvelaşviliyə uduzan idmançımız 5-ci olub.

 

Davud Məmmədov (60 kq), İlkin Babazadə (66 kq), Fəqan Quluzadə (73 kq) və Vüqar Bayramov (73 kq) mübarizəni erkən dayandırıblar.

 

Qadın cüdoçularımız – Leyla Əliyeva (48 kq), Aişə Qurbanlı (48 kq), Səkinə Zairova (57 kq) və Xanım Hüseynova (63 kq) da turnirlə erkən vidalaşmalı olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam