Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

I Avropa Oyunlarında Azərbaycanı 15 boksçu təmsil edəcək

 

Bakı – 2015 I Avropa Oyunlarında iştirak edəcək boks üzrə milli komandamızın heyəti məlum olub.
"Xeberinfo.com":    Apasport.az saytının məlumatına görə, seçməmiz kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq.
 
Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov bu dəfə fərqli çəki dərəcəsində - 81 kq-da çıxış edəcək. 91 kq çəki dərəcəsində isə Abdulqadir Abdullayev rinqə çıxacaq. 
 
Dünya çempionu Albert Səlimov milli komandamızın heyətində ilk cıddı sınağını məhz Avropa Oyunlarında verəcək. “Baku Fires” klubunun heyətində Rio de Janeyro Olimpiadasına vəsiqə qazanan boksçu 60 kq çəki dərəcəsində mübarizə aparacaq. Məşqçilər korpusu 56 kq-da “Böyük İpək Yolu” turnirində 1-ci olan gənc Tayfur Əliyevə şans verib. Komandamız hazırda Bakıda İrlandiya və Bolqarıstan boksçuları ilə birgə təlim-məşq toplanışı keçir. 
 
Qızların yarışında 5 boksçumuz çıxış edəcək.  Dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Yelena Vıstropova, dünya çempionatının finalçısı Yana Alekseyeva əsas medal ümidlərimiz olacaq. 
 
Kişilərdən ibarət milli komandamız: 
 
49 kq. Salman Əlizadə 
 
52 kq. Elvin Məmişzadə 
 
56 kq. Tayfur Əliyev 
 
60 kq. Albert Səlimov 
 
64 kq. Lorenzo Sotomayor 
 
69 kq. Pərviz Bağırov 
 
75 kq. Xaybulla Musalov 
 
81 kq. Teymur Məmmədov 
 
91 kq. Abdulqadir Abdulllayev 
 
+91. Məhəmmədrəsul Məcidov 
 
 
Qadınlardan ibarət seçmə komanda: 
 
51 kq. Anaxanım Ağayeva 
 
54 kq. Anna Əlimərdanova  
 
60 kq. Yana Alekseyeva
 
64 kq. Yelena Vıstropova
 
75 kq. Zeynab Cavadlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam