Futbol üzrə Asiya Kubokunun qalibi müəyyənləşib.

Yenixeber.org:  Final matçında Yaponiya və Qətər yığma komandaları üz-üzə gəlib. Qətər yığması 3:1 hesabı ilə qələbə qazanaraq Asiya Kubokunun sahibi olub.

Qətərin futbolçusu Almoez Ali bu oyunda da fərqlənməklə yeni rekord müəyyənləşdirib. 23 yaşlı hücumçu Asiya Kubokunda 9-cu qolunu vurub və bir turnirdə ən çox qol vuran oyunçu olub.

Qeyd edək ki, daha öncə İran yığmasının azərbaycanlı sabiq futbolçusu Əli Dayi 1996-cı ildə keçirilmiş Asiya Kubokunda 8 dəfə fərqlənib.