Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Naxçıvan Dövlət Universitetinin komandası növbəti uğurunu qazanıb

 

 

       Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə Naxçıvan kubokunun final oyunu keçirilib.

     "xeberinfo.com":Cari mövsümü Naxçıvan Muxtar Respublika çempionatının qalibi kimi başa vuran Naxçıvan Dövlət Universitetinin komandası final matçında “Araz-2” komandası ilə qarşılaşıb. Gərgin keçən oyunda ilk qolu 15-ci dəqiqədə “Araz-2” komandasının futbolçusu vurub. Lakin “Araz-2” hesabı sonadək qoruya bilməyib. İlk hissənin başa çatmasına 1 dəqiqə qalmış tələbələrin heyətində Hasan Karaslan hesabı bərabərləşdirə bilib. Oyunun 55-ci dəqiqəsində isə Tağı Seyidov qələbə qolunun müəllifi olub.

 

Bununla, cari ildə həm Naxçıvan Muxtar Respublika çempionatının, həm də Naxçıvan kubokunun sahibi olan Naxçıvan Dövlət Universitetinin komandası ikinci uğura imza atıb.

Görüşdən sonra cari mövsümdə muxtar respublika çempionatında və Naxçıvan kuboku uğrunda yarışda fərqlənən komandalar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

 

 

NDU-nun Mətbuat şöbəsi

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam