Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Türkiyəli futbolçudan “Hafka”ya müraciət

 

6h

Hazırda klubsuz olan türk əsilli futbolçu Ferdi Elmas “Bakı”dan borcunu qaytarmalarını tələb edir.Belə ki, türk futbolçu Hafiz Məmmədovun prezidenti olduğu klubun ona hələ də borclu olduğunu deyib. Klubun keçmiş futbolçusuna borcu 112 min dollar təşkil edir.

    "Xeberinfo.com": Özü bu barədə Publika.az-a belə açıqlama verdi: “Klubun mənə 112 min dollar borcu var. Vəkilim bu mövzuda rəhbərliklə görüşüb danışdı, ancaq ödəmədilər. Bilmirəm niyə ödəmirlər? Klub rəhbərliyinin vəkilimə nə dediyini dəqiq bilmirəm. Çünki bu məsələ ilə birbaşa özü maraqlanır.

Vəkilimlə məsləhətləşib FİFA-ya şikayət etməyə qərar verdik. Qurumdan cavab gözləyirik”.
Futbolçu paytaxt Bakını çox sevdiyini də dedi: “Hazırda məşqlərimdən qalmamağa çalışıram. Heç bir klubda oynamıram. Amma menecerim Türkiyə klublarından biri ilə görüşür. Mən Bakını çox sevirəm. Ancaq mənim pulumu ödəməsələr, mümkün deyil. “Bakı” klubunda işləyənlərdən heç kim xoşbəxt deyil. Masajçı, məşqçi, heç biri… Belə olarsa, orada futbol olmaz. İnşallah, klub rəhbəri hər şeyi tez bir vaxtda həll edər, borcları ödəyər”.

Qeyd edək ki, Ferdi Elmas paytaxt klubunda ötən mövsüm 6 oyuna çıxıb, qol vura bilməyib. F.Elmas “Bakı”dan öncə “Qalatasaray” (2008–2009), “Karabükspor” (2010–2011), “Karşıyaka” (2011–2012) kimi klubın formasını geyinib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam