Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Futbolçular Hacı İbrahimdən məvaciblərini tələb edir

 

Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “AVESTA” konserninin tərkibində fəaliyyət göstərən “Xəzər adaları” futzal klubunun oyunçuları Lent.az-a müraciət edib. 

"Xeberinfo.com":  Məlumata görə, bir neçə aydır ki, məvaciblərini ala bilmədiklərini bildirən futbolçu və məşqçilər problemlərinin həll edilməsini istəyir: “Aramızda xarici oyunçular da var. Onların da məvacibləri ödənilmir və hazırda UEFA və FİFA-ya şikayət etməyə çalışırlar. “AVESTA” konserninin rəhbərliyi bizə vədlər verir. Amma bir neçə ay keçməsinə baxmayaraq, heç bir ödəniş edilməyib”.
Müraciətdə qeyd edilir ki, xarici oyunçular səfirlik, AFFA VƏ FİFA-ya şikayət edərək məsələni həll etmək istəyirlər: “Lakin onların qarşısını klubun rəhbərləri olan Ceyhun Aslanov və Elnur Qəmbərov saxlayıb. Əlavə olaraq onu da qeyd edə bilərik ki, xarici vətəndaşların qaldığı evlərə təxminən 7-8 min manat borc qalıb. Onlar da hələ ki, gözləmə mövqeyindədirlər”.
Qeyd edək ki, futbolçu, məşqçi və texniki heyət üzvlərinə ödəniləcək ümumi məbləğ 152000-155000 manat təşkil edir. Bura 3 oyunun qələbə mükafatını əlavə edəndə əlavə 25 min manat ödəniş də yaranır.

Məvacibləri verilməyən idmançılar aşağıdakılardır:

1.Elnur Qəmbərov, məşqçi oyunçu – 2 ay + çempionluq bonusu
2.Ağatahir Əzimov, köməkçi məşqçi – 2 ay + çempionluq bonusu
3.Vüqar Qəmbərov, hazırlıq üzrə məşqçi- 2 ay + çempionluq bonusu
4.Gamella Conde Anjel (İSPANİYA),fiziki məşqçi – 3 ay + çempionluq bonusu
5.Naib Abdulla, baş həkim – 2 ay + çempionluq bonusu
6.Elvin Musayev, köməkçi həkim – 2 ay + çempionluq bonusu
7.Orxan Hüseynov, mətbuat katibi – 2 ay + çempionluq bonusu
8.Ceyhun Aslanov, menecer – 2 ay + çempionluq bonusu
9.Elnur Zamanov, qapıçı – 2 ay + çempionluq bonusu
10.Zeynal Zeynalov, – 2 ay + çempionluq bonusu
11.Kamran Hacıyev, qapıçı – 2 ay + çempionluq bonusu
12.Polad Kərimov – 2 ay + çempionluq bonusu
13.Aleksandr Araca (Braziliya) – 3 ay + çempionluq bonusu
14.Leonardo Oliveira (Braziliya) – 3 ay + çempionluq bonusu
15.Cesar Augusto (Braziliya) – 3 ay + çempionluq bonusu
16.Amadeu Fernandes – 3 ay + çempionluq bonusu
17.Eduardo Mello Borges – 3 ay + çempionluq bonusu
18.Fineo Araujo – 3 ay + çempionluq bonusu
19.Carlos Anos (İspaniya) – 3 ay + çempionluq bonusu
20.Lolo Jarke (İspaniya) – 3 ay + çempionluq bonusu
21.Davi Ribeiro (Braziliya) – 3 ay + çempionluq bonusu
22.Chico Brogilio (Braziliya) – 3 ay + çempionluq bonusu

Qeyd edək ki, şikayətçilər arasında Azərbaycanın futzal yığmasının üzvləri də var.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam