Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kamran Ağayev "qara siyahı"ya düşdü

 

Millimizin və "Mlada Boleslav"ın qapıçısı Kamran Ağayevin Çexiyada işləri qaydasında getmir.

 

Yenixeber.org: Qapıçımız çempionatının 13-cü turunda "Ostrava" ilə səfər matçında qırmızı vərəqə almaqla diqqəti pis mənada üzərinə çəkmişdi Start heyətdə oyuna başlayan Kamran qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılıb. Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və referi tərəfindən meydandan qovulmuşdu. Kamran intizamsızlığa görə komandanın baş məşqçisi Duşan Uhrinin "qara siyahı"sına düşüb. Çexiya mətbuatı baş məşqçinin Kamran Ağayevi əfv etməyəcəyini qeyd edib. Yeni şans verilməsi çətin görünən qolkiperin Azərbaycana gələcəyi gözlənilir. Ağayevin "Mlada"dan ayrılaraq Topaz Premyer Liqasında çıxış edən "Keşlə"yə keçəcəyi variantlar arasındadır. 31 yaşlı qapıçı yay transfer dönəmində "Boavista"dan ayrılaraq "Mlada"ya keçmişdi. Onun Çexiya klubu  ilə müqaviləsi mövsümün sonunda başa çatır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam