Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Futbolda qaydalar dəyişdi

 

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) futbol oyunu qaydalarındakı dəyişikliklərin siyahısını açıqlayıb.

 

 

Xeberinfo.com:   "Report"un məlumatına görə, yeni qaydalar 2016-2017 mövsümündən qüvvədə olacaq.

Paraktik olaraq, hər bir oyun aspektində nəzərə çarpmayacaq dəyişiklik və ya dəqiqləşdirmə aparılıb.

Qayda 3. Oyunçular

Hakim oyunçunu matç başlayanadək meydandan kənarlaşdıra bilər (meydanın oyunöncəsi inspeksiyası anından etibarən). Bu, rəsmi sifariş ərizəsinin verilməsinədək baş verirsə, oyunçu matçda iştirak etməyə bilər. Bu, rəsmi sifariş ərizəsinin verilməsindən sonra, amma oyunadək baş verirsə, oyunçu əvəzlənməlidir. Bu zaman mümkün əvəzlənmələrin sayı azaldılmır.

Qayda 11. Ofsayd

Ofsayd müəyyənləşdirilərkən, oyunçuların əli (o cümlədən, qapıçıların) qaydası nəzərə alınmır.

Qayda 12. Qayda pozuntuları

Topa bütün əl toxunuşları sarı vərəqə ilə cəzalandırılmamalıdır. Yalnız potensial məhsuldar hücumun dayandırılmasına səbəb olan əllə oyun sarı vərəqə ilə cəzalandırılmalıdır;

Top uğrunda mübarizə olmadığı vaxt rəqibin başa (sifətə) zərbəsi, toxunuşun minimal olduğu hallar istisna olmaqla, birbaşa qırmızı vərəqə ilə cəzalandırılır;

Ehtiyat oyunçular, komanda nümayəndələri və hakimlər briqadasının ünvanına təhqirlərə görə birbaşa cərimə zərbəsi cəzası verilir;

Oyunun gedişində meydanın hüdudlarından kənarda baş verən qayda pozuntuları üzbəüz xətdən birbaşa cərimə zərbəsi ilə cəzalandırılır;

Qol vurmaq imkanından məhrumetməyə gətirən, cərimə meydanında bilməyərəkdən qayda pozuntuları qovulma ilə yox, sarı vərəqə ilə cəzalandırılır

Qayda 16. Qapıdan zərbə

Top hərəkətsiz olmalıdır (hazırkı qaydalar bunu tələb etmir);

Qapıdan zərbə zamanı cərimə meydançası daxilində olan rəqib oyunçu, topu vuran komandanın oyunçusunadək topa toxuna bilməz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam