Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

“Kəpəz” PFK-nın üzvləri Gəncə Memorial Kompleksini ziyarət ediblər-FOTOLAR

 

18 oktyabr — Müstəqilliyin Bərpası Günü münasibətilə “Kəpəz” Peşəkar Futbol Klubunun üzvləri Gəncə Memorial Kompleksini ziyarət ediblər.

Yenixeber.org: Əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı erməni terrorunun qurbanı olan həmvətənlərimizin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Daha sonra klub üzvlərinə kompleksin tarixi və müxtəlif dövrlərdə dinc sakinlərə qarşı törədilmiş terror hadisələri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 18 oktyabr Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Sovetində “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilərək ölkəmizin müstəqilliyi bərpa olunub. Daha sonra dövlət atributlarımız – bayraq, himn və gerb təsdiqlənib.

2021-ci ildə Milli Məclisin qərarı ilə bu tarixi günün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam