Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Futbolçulara meydana zinət əşyaları ilə çıxmaq niyə qadağandır?

 

Futboçuların tez-tez məşhurların üzük, sırğa, boyunbağı və bilərzik taxdığını görmək olar. Ancaq onlar meydançaya çıxmamışdan əvvəl bütün aksessuarları çıxardırlar.

Yenixeber.org xəbər verir ki, əvvəllər zinət əşyaları matçlarda futbolçuların ümumi atributu idi. 

2004-cü ildə “Servet” klubunun futbolçusu Paulo Dioqo pərəstişkarları ilə qolu qeyd edərkən nikah üzüyünü metal hasara tutub. Nəticədə futbolçu barmağının falanqsını itirib və bu dəhşətli görüntülər bütün dünyaya yayılıb. Hadisədən sonra qaydalar dəyişdirilib. 


Zərgərlik məmulatlarının qadağan olunduğu ilk turnir 2006-cı il Dünya Kuboku idi. Oyunçulardan meydançaya üzük, saat, qolbaq və boyunbağısız daxil olmaq tələb olunurdu, hakimlərə isə qaydanı pozanları cəzalandırmaq hüququ verilirdi. 2006-cı il Dünya Kuboku stadionlarında hətta üzükləri kəsmək üçün xüsusi avadanlıq var idi - bu, zinət əşyalarını çıxara bilməyənlər üçün nəzərdə tutulmuşdu.

Sözügedən qadağa bu gün də qüvvədədir. Hakim zərgərlik həvəskarına sarı vərəqə verə, hətta onu meydandan kənarlaşdıra da bilər. Əgər oyunçu zinət əşyalarını könüllü çıxarsa, bağışlanacaq. Ancaq müasir futbolçular artıq bilirlər ki, meydanda zinət əşyaları taxmaq yaxşı fikir deyil. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam